10-07-2014 [11:13]
Ötən gün Füzuli rayon İcra Hakimiyyətində şikayətlərə baxılmadığı və şikayətçilərin qəbul edilməməsi barəsində məlumat vermişdik. Jam.az-a verilən məlumatda deyilirdi ki, ötən həftə İcra Hakimiyyətinin qarşısına toplaşan şikayətçilər icra başçısı Alı Alıyev tərəfindən qəbul edilməməsinə etiraz ediblər. Bundan əlavə, polisin gücü ilə onlar binanın önündən uzaqlaşdırılıblar. Amma şikayətçilər tez bir zamandan yenidən görüş üçün gələcəklərini bildirib və qəbul edilməyəcəkləri təqdirdə davamlı aksiyalara başlayacaqlarını vurğulamşıdılar.
Qeyd edək ki, bu yazımızı başqa saytlar öz adlarına çıxmışdılar. Amma bu məlumatın ardından Füzuli rayon İcra Hakimiyyəti apar-topar məlumat yayaraq, belə bir şeyin olmadığını bildirmişdilər. Üstəlik, rayonda guya abadlıq və quruculuq işlərinin "fontan” vurduğunu iddia etmişdilər.
İcra başçısı Alı Alıyevin rəhbəri olduğu rayonda məhz şikayətlərə baxılmaması və vətəndaşların yerli məmurlar tərəfindən istismara məruz qalması səbəbindən son iki ildə 3 nəfər özünü yandıraraq, intihar edib. Və bu olaylardan ikisi məhz Füzuli rayon İcra Hakimiyyətinin binası qarşısında baş verib.
Bu olaylardan biri iki il əvvəl baş verib. Və yerli sakinlərdən biri məzh icra başçısı Alı Alıyev tərəfindən qəbul edilmədiyi və şikayətinə baxılmadığı üçün İcra Hakimiyyətinin qarşısında özünü yandırıb. Onun kimliyi barədə müfəssəl məlumar əldə etməyə çalışırıq.
İkinci oxşar olay isə 2012-ci ildə məktəb müəlliməsi Radə Quliyevanın özünü dərs dediyi "Qayıdış-1” qəsəbəsinin məktəbin önündə baş verib. Bu intihara səbəb isə onun məktəbin direktorunun yerli hakimiyyət orqanları ilə birlikdə külli miqdarda dövlət vəsaitini mənimsəməsi və Quliyevanın bundan xəbərdar olması göstərilir. İddia edilir ki, sözügedən şəxs direktor və məsul şəxslər tərəfindən davamlı olaraq təhdid edilib. Bundan bezən Radə Quliyeva isə özünə qəsd etməli olub.
Üçüncü və sonuncu belə olay isə ötən ilin dekabrında baş verib. Jam.az-ın əldə etdiyi məlumata görə, Horadiz şəhərində İcra Hakimiyyətinin binası qarşısında Dilağarda kənd sakini Dünyamin Adıgözəlov adlı şəxs üzərinə benzin tökərək özünə od vurub. Səbəb də yenə Alıyevin onun şikayətlərinə baxmaması və qəbul etməməsi olub.
Qeyd edək ki, bu hələ bilinən məsələlərdir. Bilinməyən olayların da olduğu şübhəsizdir. Güman ki, Alı Alıyev bu cür olayları yuxarılardan gizlətmək üçün onları ört-basdır edir, intihar edənlərin ailələrinə təzyiq etməklə onları susdurmağa çalışır.
P.S. Əgər həqiqətən də Füzuli İcra Hakimiyyətinin açıqladığı kimi, şikayətçilər vaxtlı-vaxtında qəbul edilir və problemlərinin həllinə yardımçı olunursa, o zaman bu insanlar niyə özlərini yandırıblar? Elə buradan aydın şəkildə məlum olur ki, Füzuli İcra Hakimiyyəti və onun başında duran Alı Alıyev yalan danışır və öz əməllərini gizlətmək üçün ictimaiyyəti çaşdırmağa çalışırlar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi