Ramil Usubov rəisi işdən çıxardı - Təyinatlar

img

10-07-2014 [10:57]


Bakı şəhərində bir neçə polis bölməsinə yeni rəis təyin olunub. Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin rəis müavini, polis mayoru Turavi Paşayev Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə rəis təyin edilib.

Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşı Vahid Əliyev Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə, Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin rəis müavini Murad Hüseynov isə 26-cı bölməyə rəis təyin edilib.

Bundan başqa, Binəqədi RPİ-nin müvəqqəti saxlanma məntəqəsinin rəisi Faiq Həsənov Sabunçu RPİ-nin cinayət axtarış şöbəsinin rəisi təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA