Parlament seçkisi: AŞPA hansı mövqeyi tutacaq? - TƏHLİL
28-08-2024 [15:17]
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq davam edir.
Azərbaycan seçkilərin beynəlxalq standartlara uyğun təşkil edilməsinə və demokratik prinsiplərin tətbiqinə xüsusi həssaslıq göstərir.
Namizədlərin seçkiqabağı təşviqat kampaniyasına qanunvericiliyə uyğun olaraq bərabər şərait yaradılıb:
Birincisi, bütün seçki məntəqələrinə təşviqat lövhələri qoyulub;
İkincisi, seçicilərin namizədlərlə görüşməsi üçün qapalı və açıq yerlər ayrılıb;
Üçüncüsü, namizədlərin ödənişsiz və ödənişli təşviqatının aparılması üçün bütün lazımi tədbirlər görülüb;
Dördüncüsü, Mərkəzi Seçki Komissiyası seçicilərin maarifləndirilməsi istiqamətində ciddi işlər görür;
Beşincisi, səsvermə gününə hazırlıqla bağlı işlər qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara uyğun həyata keçirilir.
Bütün bunları onlarla namizədin sosial şəbəkə üzərindən paylaşdığı status, video, fotolarda da görmək olur.
Seçkilərlə bağlı əsas müzakirə mövzularından biri isə AŞPA-nın müşahidəçi kimi iştirak etməməsidir. Əvvəlcə deyim ki, indiyə qədər 43 ölkə və 24 qurumdan ümumilikdə 228 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alınıb. Yəni rəsmi Bakının seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsi ilə bağlı heç bir problemi yoxdur. Amma AŞPA ilə bağlı vəziyyət fərqlidir.
Məsələ ondadır ki, bu qurum Azərbaycana qarşı riyakar və qərəzli mövqeyi ilə seçilir. Azərbaycan nümayəndə heyətinin mandatının qəbul edilməməsi isə bu riyakarlığın pik həddidir. Belə bir təşkilatın seçkidə necə müşahidə aparacağını öncədən təxmin etmək mümkündür. Yəni AŞPA-nın müşahidəçi kimi iştirak etməməsi daha məqbuldur.
Ümumiyyətlə, AŞPA-nın timsalında Qərbin, Brüsselin Bakıya qarşı ikili oyunu aydın şəkildə görünür. Daha dəqiq desək, Fransa “pis polis” kimi Azərbaycanla təhdid ritorikasında danışır, Almaniya isə “yaxşı polis” rolunda guya münasibətlərə önəm verir. Bu oyunu “ifşa edən” şəxs isə son zamanlar adını tez-tez eşitdiyimiz, Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin sədri Frank Şvabedir. Belə ki, o, Azərbaycana qarşı açıq hücumu ilə seçilir. Yəni rəsmi Berlin “yaxşı polis” rolunu oynasa da, Şvabe kimi təlxək və anarxisti rəsmi Bakının üzərinə göndərir.
Təbii ki, seçki ilə yanaşı, regionda gedən proseslərdə də Qərbin məkrli rolu hiss edilir. Ermənistanın silahlandırılması, iqtisadi dəstəyin artırılması, hətta bu ölkənin Qərbin Rusiyaya qarşı sanksiyaları pozmasına göz yumması qərəzi sübut edir.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi