Sabiq deputatla DSMF arasında pul davası: nə baş verib?
27-08-2024 [16:12]
Milli Məclisin 2-ci çağırış deputatı olmuş Cahangir Hüseynov pensiyasından 36 min 112 manat tutulmasına görə Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.
Mia.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, keçmiş deputat iddia edib ki, ondan xəbərsiz pensiyasından 56 min 525 manat tutulması barədə sərəncam qəbul edilib.
Sərəncam belə əsaslandırılıb ki, 2007-2017-ci illər ərzində C.Hüseynova sabiq deputat kimi əlilliyə görə əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənildiyi aşkar edilib. (əvvəllər daxili işlər orqanlarında işləyib-red) Ümumilikdə isə 10 il ərzində ona 56 min 525 manat artıq pensiya ödənilib. Həmin pensiya məbləğinin 36 min 112 manat hissəsi 2017- 2021-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasından tutulub. Qalıq borcu isə 22 min 8 manat təşkil edib.
Eks-deputat Bakı İnzibati Məhkəməsində cavabdeh qismində iştirak edən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qalib gəlib.
Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, iddiaçı Hüseynova ödənilmiş artıq pensiya onun səhvi deyil. Belə olan halda ondan pul tutulması qanunsuzdur. Qərar qəbul edilib ki, iddiaçıdan tutulmuş 36 min 112 manat geri qaytarılmalı, qalıq məbləğin onun pensiyasından çıxılması dayandırılmalıdır.
Bu qərarı Bakı Apellyasiya Məhkəməsi qüvvədə saxlasa da, Ali Məhkəmə DSMF-nin şikayətini əsaslı hesab edib. Yüksək instansiya məhkəməsi yenidən baxılması üçün şikayəti geri qaytarıb.
Bakı Apellyasiya Məhkəməsindəki ikinci icraat zamanı isə fərqli qərar qəbul edilib. Budəfəki məhkəmə tərkibi hesab edib ki, bu işdə hər iki tərəf təqsirlidir. Belə olan halda tərəflərin məsuliyyəti bərabər bölünməlidir.
Bu səbəbdən tərəflərin şikayətləri qismən edilib.
Qərara əsasən, Cahangir Hüseynovun pensiyasından 15 min 52 manat məbləğində pulun tutulması qanunsuz hesab edilib. Həmin pulun ona qaytarılması cavabdehə həvalə edilib. Həmçinin iddiaçıdan başqa pul vəsaitinin tutulması qadağan edilib. Ali Məhkəmə qərarı qanunauyğun hesab edib.
Beləliklə, C.Hüseynovun pensiyasından tutulan 36 min 112 manat məbləğdən yalnız 15 min 52 manatı ona qaytarılıb. Nəticədə 21 min 60 manatı ondan geri alınmış olub.
Qeyd edək ki, Cahangir Hüseynov 90-cı illərdə bir müddət Abşeron, sonradan Ağdaş, Biləsuvar, Sabirabad rayonlarında polis rəisi işləyib. 1994 cü ildə onun həyatına sui-qəsd təşkil olunub. Həmin vaxt azyaşlı oğlu və yaxın qohumları qətlə yetirilib.
2000–2005-ci illərdə millət vəkili olmuş Hüseynov sonradan bizneslə məşğul olmağa başlayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi