"Biz Ermənistanla sülh sazişini yekunlaşdırmağa çox yaxınıq, lakin..." - Elçin Əmirbəyov
27-08-2024 [15:14]
"Azərbaycan Ermənistanla münaqişənin bitməsindən sonra kritik vəziyyətə gələn minalardan təmizləmə işlərində Koreyadan əlavə dəstək istəyir".
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, bunu Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “The Korea Times” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, müharibə dövründə Ermənistan Azərbaycan ərazisinin böyük bir hissəsini mina və partlamamış hərbi sursatlarla güclü şəkildə çirkləndirib: "Koreyanın bizə kömək edəcəyini gözlədiyimiz başqa bir böyük sahə minalardan təmizləmə məsələsidir. Çünki münaqişənin təsirinə məruz qalmış ərazimizin 12 faizi minalar və partlamamış hərbi sursatlarla güclü şəkildə çirkləndirilib. Dörd ilə yaxındır ki, atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, Azərbaycan çirklənmiş ərazilərin cəmi 13 faizini təmizləyə bilib, 87 faizi isə hələ də təhlükə olaraq qalır".
Elçin Əmirbəyov qeyd edib ki, bu illər ərzində Azərbaycan ermənilərin yerləşdirdiyi 1,5 milyon mina ilə mübarizə aparır: "Ermənistan mina xəritələrini verməkdən imtina edir, ona görə də bu minaların harada cəmləşdiyini biz bilmirik, bu da getdikcə artan insan itkisinə səbəb olur. Atəşkəsdən bu günə kimi mina qurbanlarının sayı 377-yə çatıb. Onlardan 69-u dünyasını dəyişib. Bu gün 378-ci şəxs minaya basdığı üçün yaralanıb".
Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, bu həm insan təhlükəsizliyi məsələsi, həm də böyük humanitar problemdir, çünki hökumət 800 min məcburi köçkünü öz evlərinə qaytarmağı hədəfləyir: "İndiyədək biz cəmi 8000 insanı geri qaytara bilmişik, çünki ərazilər güclü şəkildə minalanıb. Torpağın təhlükəsiz olduğuna əmin olmadan insanları geri qaytara bilmərik".
E.Əmirbəyov digər ölkələrdə, Laos, Vyetnam və Kambocada oxşar təşəbbüsləri dəstəkləmək sahəsində güclü təcrübəsinə baxmayaraq, Koreyanın hələ də Azərbaycanın minalardan təmizləmə işlərində aparıcı donor olmamasından məyus olduğunu bildirib: "Sizin əziyyət çəkən digər ölkələrə kömək etməkdə çox yaxşı təcrübəniz olduğuna inanırıq. Ümid edirik ki, Koreya hökuməti bizə daha güclü dəstək göstərməyə davam edə bilər, çünki bu, münaqişədən sonrakı sülh quruculuğu səylərinə kömək etməkdir”.
Əmirbəyov qeyd edub ki, potensialın artırılması və avadanlıqlar üçün maliyyə dəstəyi çox vacibdir: "Minalardan təmizləmə sahəsində texnologiyalar çox sürətlə inkişaf edir. İndi uzaqdan minaları aşkar edə bilən dronlar kimi xüsusi avadanlıqlarımız var".
Elçin Əmirbəyov həmçinin Koreya ilə regional təhlükəsizlik məsələlərinin müzakirəsinin vacibliyini qeyd edib: "Biz fikirləşdik ki, koreyalı tərəfdaşlarımız və həmkarlarımız üçün Ermənistan və Azərbaycan arasında sülh prosesinə Azərbaycan nöqteyi-nəzərindən baxmaq və paytaxtlarımız arasında bu məsələ ilə bağlı kommunikasiya kanalları yaratmaq maraqlı olacaq".
E.Əmirbəyov Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı Koreyanın BMT Təhlükəsizlik Şurasındakı rolu barədə suala cavabında hər iki ölkənin ikitərəfli danışıqlar formatına üstünlük verdiyinə aydınlıq gətirib:
"Biz Ermənistanla sülh sazişini yekunlaşdırmağa çox yaxınıq, lakin bu sülhün davamlı olmasını təmin etməliyik. Qalan maneə Ermənistanın Azərbaycanın bir hissəsinə konstitusion ərazi iddiasıdır. Bu həll edildikdən sonra irəli gedə bilərik".
Prezidentin xüsusi nümayəndəsi Koreya-Azərbaycan münasibətlərinin strateji əhəmiyyətini vurğulayaraq, enerji, ticarət və regional təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi potensialından danışıb: "Birincisi, bu, ölkələrimiz arasında siyasi dialoqu davam etdirmək üçün yaxşı fürsətdir. Biz Koreya Respublikasını bu regionda əsas tərəfdaş hesab edirik və enerji kimi ənənəvi əməkdaşlıq sahələrindən kənara çıxmaq və yeni sahələri kəşf etmək üçün əhəmiyyətli potensial var".
Elçin Əmirbəyov Azərbaycanın külək, günəş və su enerjisi ehtiyatlarına diqqət çəkərək bildirib ki, Azərbaycan Koreyaya müxtəlif mədən yanacaqları, o cümlədən neft məhsulları və LNG ixrac edir. Lakin bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün istifadə edilməmiş potensial mövcuddur.
O, Asiya ilə Avropa arasında mühüm ticarət yolları üzərində yerləşən Azərbaycanın geoiqtisadi əhəmiyyətini qeyd edib: "Hazırkı geosiyasi kontekstdə Rusiya və Ukrayna arasındakı münaqişənin ənənəvi marşrutlara təsir etməsi ilə qədim İpək Yolunu təkrarlayan Orta Dəhliz əhəmiyyət kəsb edir. Biz bunu Koreya logistika şirkətləri ilə potensial əməkdaşlıq üçün mühüm sahə kimi görürük".
Ticarətə gəlincə, Elçin Əmirbəyov 2024-cü ilin birinci yarısında ikitərəfli ticarət dövriyyəsinin 200 milyon dolları ötdüyünü açıqlayıb, lakin daha çox potensialın olduğunu vurğulayıb.
MİA.AZ
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb