Deputat Mahir Aslanovun qudası ölkədən qaçma xəbəri haqda bəyanat yaydı

img

10-07-2014 [06:48]


Azərbaycanlı iş adamı, "Bakı” klubunun prezidenti Hafiz Məmmədov bu dəqiqələrdə İngiltərədə bəyanatla çıxış edib.

Mia.az xəbər verir ki, bəyanatı "Sheffield Wednesday” tərəfindən "The Star” qəzetinə və digər media orqanlarına yayılıb.

Bəyanatda deyilir: "Mənim həbsim və Azərbaycanda saxlanılmağım barədə bəzi əsassız şayiələr yayılıb və aydındır ki, bu şayiələr mənim tərəfimdən qətiyyətlə təkzib olunur. Habelə Dövlət Sərhəd Xidmətində bu şayiə dərhal rədd edilib.

Belə görünür ki, bu gün mənimlə bağlı situasiya ətrafında yalan və zərərli spekulyasiyalar çaşqınlıq yaratmaq, mənim maliyyə holdinqimi və öhdəliklərimi şübhə altına almaq üçün istifadə olunur. Mətbuatda mənimlə bağlı yer alan iddiaların heç bir əsası yoxdur və mən ailəmə və özümə qarşı zərbə vurmaq məqsədi ilə ortaya atılmış bu şayiəni yayanlara qarşı zəruri hüquqi addımlar atacağam”.

Mia.az onu da xəbər verir ki, Hafiz Məmmədov həm də Goranboyun deputatı Mahir Aslanovla yaxın qohum, daha dəqiqi qudadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA