MHP funksioneri güllələnərək öldürüldü - FOTO

img

27-08-2024 [00:17]


Türkiyədə Dövlət Baxçalının lideri olduğu MHP-nin rayon təşkilatının sədri maşınında güllələnib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Rizənin Derepazarı rayonunda baş verib.

Məlumata görə, həmin rayon üzrə MHP-nin təşkilat  sədri Şaban Kap çay fabrikində bir yerdə işlədiyi Bayram K. mübahisə edib.

Bu mübahisədən saatlar sonra o, rayon ərazisində təşkilat sədrinin idarə etdiyi maşının qarşısını kəsib: "Bayram maşından düşməyən Şaban Kapla mübahisə edib və bu zaman o, silahını çıxararaq atəş açıb. Ağır yaralanan Şaban Kap təcili tibbi yardımla xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb..."

Xəbərdə o da deyilir ki, qatil hadisə yerindən qaçıb: "Onun axtarışı davam edir".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR