Ərdoğan deputatı məhkəməyə verdi - Təzminat tələbi ilə

img

26-08-2024 [14:25]


Prezident Rəcəb Tayyib Ərdoğan CHP-nin İzmirdən seçilən deputatı Tuncay Özkanı məhkəməyə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Prezident Ərdoğanın vəkili Hüseyn Aydın açıqlama verib.

Onun sözlərinə görə, deputat sosial media hesabında Prezidenta böhtan atıb, onu təhqir edib: "Bu səbəbdən Tuncay Özkana qarşı 250 min lirə mənəvi təzminat iddiası qaldırılıb".

Aydın onu da bildirib ki, Özkandan Ankara Respublika Prokurorluğuna “prezidenti təhqir etmək” ittihamı ilə də şikayət ərzisəi də evriblər.

Xatırladaq ki, deputat Ərdoğanı aşağıda təqdim etdiyimiz paylaşımla sərt tənqid edib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR