Durovun müəmmalı həbsi: onda kimin haqda ifşaedici məlumat olub? - TƏHLİL
26-08-2024 [13:12]
“Teleqram”ın təsisçisi və baş direktoru Pavel Durovun Parisdə Fransa xüsusi xidməti tərəfindən saxlanılması kifayət qədər qarışıq məsələdir. Hadisənin pərdəarxası məqamları var bunlar diqqət çəkir.
Misal üçün, Durovun həbsindən sonra Rusiya tərəfi onun müdafiəsinə qalxıb. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev P.Durova dəstək paylaşımı edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, Rusiyanın Parisdəki Səfirliyi Fransa Xarici İşlər Nazirliyinə nota göndərərək Pavel Durovla konsulluq əlaqəsi tələb edib.
Kremlin P.Durovu müdafiə etməsi diqqət çəkir. Belə ki, o, biznes fəaliyyətinin imkansız olduğunu əsas gətirərək Rusiya vətəndaşlığından imtina edərək 2021-ci ilin fevralında Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb. Yəni Durov Rusiya vətəndaşı deyil.
Rusiyanın Durovu müdafiə etməsi kimi Fransanın onu həbs etməsi də qəribədir. Çünki o, cəmi üç il öncə Fransa vətəndaşlığı alıb. Bundan başqa Durov Parisə enməyə cəmi bir neçə dəqiqə qalmış barəsində axtarış elan edilib və bundan dərhal sonra həbsinə order verilib. Yəni onun həbsi ani qərarla baş tutub.
Durov həm Fransa üçün, həm də Rusiya üçün mühüm şəxsdir. Yəni iki tərəfin də ondan gözləntiləri var. Misal üçün, Rusiyanın dövlət strukturlarındakı şəxslər yazışmalarının əksəriyyətini “Teleqram” üzərindən həyata keçirirlər. Böyük ehtimalla Kremlin narahatlığı bununla bağlıdır. Fransaya gəldikdə isə Paris Durovun sosial şəbəkənin kodlarını kəşfiyyat struktularına təhvil verməsini istəyir.
Digər diqqətçəkən bir detal isə Durovun Bakıdan qayıtdıqdan sonra saxlanılmasıdır. Mövcud Paris-Bakı gərginliyi fonunda bu detal çox mühümdür. Paris ya Durovun Bakıda Azərbaycan rəsmiləri ilə görüşüb nələr müzakirə etdiyini bilmək istəyir, ya da onun Azərbaycana Fransa ilə bağlı məxfi məlumatlar verdiyini düşünür. Bütün hallarda Parisin atdığı bu addım insan hüquqlarına və söz azadlığına zərbədir.
Durovun ittiham edildiyi cinayətlərə baxdıqda bunların bir çoxunun “Teleqram”da baş verdiyini görmək olar. Amma bu yenə də onun həbsini leqallaşdırmır. Yəni terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsi kimi məsələlər eynilə “X” platformasında da var. Əgər demokratiya dəyərlərinə hörmət Qərb tərəfindən meyar kimi müəyyən edilibsə, onda “X” rəhbərliyi də həbs edilməlidir. Halbuki Prezident Emmanuel Makron X-in rəhbəri İlon Maskı bir neçə dəfə qonaq edib.
Yeri gəlmişkən, Mask özü də sosial mediada açıq şəkildə Durovu dəstəkləyib. Bu fakt belə onun özünün də Durovla eyni mahiyyətdə olduğunu sübut edir. Bu həm də Parisin Durovu məhz siyasi motivlə həbs etdiyini göstərir.
Digər bir diqqətçəkən məqam isə Avropa İttifaqının üzvü olan Fransanın bu cür represssiv addımlarına ittifaqın səssiz qalmasıdır. Halbuki, Azərbaycanda belə hal baş versəydi, artıq bəyanat verməmiş bir Qərb rəsmi dairəsi, institutu qalmazdı. Məsələ Durovun təmiz insan olmasından getmir. Məsələ Qərbin ikili yanaşmasından gedir. Bununla belə Aİ, ABŞ, Fransa başqa ölkələrin daxili işinə müdaxilə edərək bu kimi hallardan onlara təzyiq vasitəsi kimi istifadə edir. Qərb özünün bəyan etdiyi prinsiplərə sadiqlik nümayiş etdirməyəcəksə, başqa ölkələrdən nə isə tələb etməsi əbəsdir.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi