"Müxalifətdən heç kim hələ zəng edib deməyib ki, məhdudiyyət yaradırlar” - Novella Cəfəroğlu
26-08-2024 [13:00]
“Siyasi partiyalarla görüşlərimiz keçir. “Mənim Səsim” Seçki Monitorinq Koalisiyası 533 nəfər müşahidəçi hazırlayıb. 67 dairəni əhatə edəcəklər. Bu il həm müxalifət, həm də iqtidar seçkilərdə daha aktiv iştirak edirlər. Xoşuma gəldi ki, Müsavat Partiyasından seçkilərdə namizəd kimi bu dəfə qadınlar, professorlar çoxdur. Digər partiyalarda da fəalıq müşahidə edirik. Qapı-qapı gəzirlər, insanlarla görüşürlər. Əlbəttə, özünə arxayınlar da var, onları demirəm. Amma birinci dəfədir ki, milləti belə sayan var. Bu dəfə hər bir namizəd millətdən asılı olduğunu başa düşür. Yəni onun səsi bu insanlardan gələcək. Ən dəyərlisi isə budur ki, ilk dəfədir, bütöv, müstəqil Azərbaycan üzrə seçkilər keçiriləcək. Bu, Azərbaycan üçün böyük uğur, başucalığıdır. Hətta İtaliya qəzeti yazıb ki, yeganə dövlətdir ki, konflikdə qalib gəlib, öz torpaqlarını qaytarıb, bütün torpaqlarda seçki keçirir. Bu da çox vacib idi, bütün ölkə ərazisində birinci dəfədir, prezident və parlament seçkiləri keçirilir”.
Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a müsahibəsində hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
“ATƏT-dən gələn nümayəndələrlə 4-5 dəfə görüşümüz olub. Seçkiqabağı da, təşviqat zamanı da. Ümidvaram ki, seçkidən sonra da Koalisiyamız hamısı ilə görüşəcək. Yəni biz işimizi görürük. Rayonlarda təlimatlar aparırıq. Məsələn, bu yaxınlarda Masallı, Lənkəran, Cəlilabad, Yardımlı - hamısında təlimatlar keçiririk. Seçkidə davranış qaydaları barədə təlimat kitabçaları hazırlamışıq. Bu dəfə MSK da çox gözəl işlədi. Bir neçə nəfərə qarşı düzgün hərəkət etməyiblər. Onu da araşdırırlar. Müxalifət, iqtidar – kim ərizəsini veribsə, hamısını qeydə alıblar. Sadəcə, beşə yaxın adam iradını bildirdi, lakin MSK açıqladı ki, sənədləri düzgün deyildi. Amma bilirəm ki, aralarından bir nəfər işi məhkəməyə versəydi, qalib gələrdi. Çünki özü vəkildir, işini çox gözəl bilir. Bizə bəzi namizədlər zəng edirlər ki, icra hakimiyyətləri insanlarla görüşməyə məhdudiyyətlər yaradırlar. Belə xırda məsələlər var, onu da həll edirik. MSK-ya, Prezident Administrasiyasına zəng edirik, gücümüz çatan qədər məlumat veririk. Amma deyim ki, belə hal çox azdır. Biz buradan gedib namizədlərin plakatını qoruyamayacağıq ki. Kim plakatlarını cırıbsa, onu məhkəməyə versinlər. Müxalifətdən heç kim hələ zəng edib deməyib ki, məhdudiyyət yaradırlar”, - o bildirib.
N.Cəfəroğlu bəzi iradlar da səsləndirib: “Bizim iradımız budur ki, namizədlər arasında debat olmadı. Televiziyaları da qınayıram. Bu seçkilərdə çox az təbliğat getdi. Hələ indi nəsə deməyə başlayıblar. Halbuki cənab Prezident seçki ilə bağlı qərar verəndə məlumatların artıq hamısını televiziyada əhatəli işıqlandırmalı idilər. Qanunda var ki, 60-dan çox namizədi olan partiya televiziya kanalında pulsuz çıxış edə bilər. YAP böyük partiyadır, 125 nəfərlik siyahı verib. Buna görə də qanunda dəyişiklik etmək lazımdır ki, 25 nəfərə qədər namizəd irəli sürən partiya televiziyada pulsuz çıxış etməlidir”.
Təşviqat kampaniyası çəçivəsində namizədliyini geri çəkənlər barədə də fikir bildirib: “Axıra qədər mübarizə aparmaq lazımdır. Özündə güc tapıb təşviqata qoşulmusansa, axıra qədər davam et. 5% səs topla, amma özünü yoxla, sonra analiz et. Hakim partiya güclüdürsə, onda mübarizə apar, rəqibinin əlindən bayrağı al. Bu, söz gəzdirməkdir. Gedirsənsə, axıra qədər getməlisən”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi