Sabiq rektorun həbs tələbi ilə bağlı məhkəmə təxirə düşdü – ÖZƏL

img

09-07-2014 [21:19]



 Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, deputat Şəmsəddin Hacıyevin xüsusi ittiham qaydasında məhkəməyə verilməsi haqda Mia.az-da iki gün əvvəl verdiyimiz xəbərlə bağlı yenilik var.

 Xatırladaq ki, Mia.az-a verilən məlumata görə, keçmiş müşaviri, iqtisad elmləri doktoru, universitetdə kibernetika elminin yaradıcısı Bədirxan Musayev Şəmsəddin Hacıyevin barəsində xüsusi ittiham qaydasında - Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məhkəməyə verərək, deputatın «Mən, Bədirxan Musayevə vətən xaini damğası vuraraq universitetdən qovmuşam» sözlərinə görə cavab verməsini istəyib: «Lakin Xətai rayon Məhkəməsi müxtəlif bəhanələrlə şikayəti qəbul etməkdən yayınıb. Ona görə də iş Bakı Apellyasiya Məhkəməsinə çıxarılıb. Bu gün, yəni iyulun 9-da Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə Şəmsəddin Hacıyevə qarşı şikayətə baxılmalıymış. Lakin bu dəfə də sabiq rektor məhkəməyə nə özü, nə də nümayəndəsini göndərib. Ona görə, məhkəmə yenə təxirə düşüb”.

 Mia.az-ın əldə etdiyi xəbərə görə, proses ayın 16-da davam etdiriləcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA