İlham Əliyevdən yeni təyinatlar – SƏRƏNCAM

img

09-07-2014 [20:51]


 Bu gün prezident İlham Əliyev növbəti sərəncamı təyinatlarla bağlı olub.

 Mia.az xəbər verir ki, prezidentin sərəncamı ilə Fərid Rauf oğlu Şəfiyev Azərbaycan Respublikasının Kanadada fövqəladə və səlahiyyətli səfiri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. O, başqa bir sərəncamla Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 Prezidentin digər sərəncamı ilə Tahir Tağızadənin Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb və başqa sərəncamla Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA