Tənzilə Rüstəmxanlının seçicilərlə möhtəşəm görüşü: Neftçala üçün birlikdə – FOTO
24-08-2024 [20:02]
Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində avqustun 24-də 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçicilərlə görüşləri davam edir.
Mia.az xəbər verir ki, bu barədə Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.
Bildirilib ki, deputatlığa namizədin növbəti görüşü Neftçala Olimpiya İdman Kompleksində təşkil olunub.
Tənzilə Rüstəmxanlının təbliğat kampaniyaları içərisində ən böyüyü olan görüşə mindən çox seçici qatılıb. Tənzilə Rüstəmxanlı böyük coşqu və alqışlarla qarşılanıb.
Görüş Azərbaycanın dövlət himninin oxunması və vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Əvvəlcə, Tənzilə Rüstəmxanlıdan bəhs edən qısa video-çarx izlənilib.
Görüşdə millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, xeyriyyəçi iş adamı Akif Kərimov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətininin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və namizədin vəkili Hüseyn Qurbanov çıxış edib.
Çıxışçılar Milli Məclisə keçirilən seçkilərin önəmindən bəhs edib, seçkilərin ilk dəfə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanda keçirildiyini vurğulayıblar. Tənzilə Rüstəmxanlının ictimai və siyasi fəaliyyəti haqqında danışan çıxışçılar onun əzmindən söz açıb, Neftçala üçün nələr edə biləcəyindən bəhs ediblər. Təbliğat kampaniyası prosesində Neftçaladan namizədliyi qeydə alınmış digər şəxslərə qarşı Tənzilə Rüstəmxanlı və komandası tərəfindən heç bir qarşı kampaniyanın yürüdülmədiyi bildirilərək onun seçki mədəniyyətinin formalaşmasına verdiyi töhfə də xüsusilə qeyd edilib.
Kampaniya prosesindən şəhid və qazi ailələri ilə görüşlər keçirən Tənzilə Rüstəmxanlının ali dəyərlərə verdiyi önəmin göstəricisi kimi rəhbəri olduğu təşkilatlar vasitəsilə həyata keçirilən tədbirlərə diqqət çəkilib. Neftçala sakinlərinin problemlərinin öyrənilməsində vətəndaşlarla birbaşa dialoqa üstünlük verildiyini bildirən çıxışçılar “Neftçala üçün birlikdə!” şüarına hamılıqla sadiq qalacaqlarını vurğulayıblar.
Daha sonra söz Tənzilə Rüstəmxanlıya verilib. Deputatlığa namizəd öz platforması haqqında məlumat verib. O bildirib ki, seçiləcəyi təqdirdə, həmişə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin uğurla davam etdirilməsində, milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətin mənəvi kamilləşməsi, zərərli ideoloji təsirlərin qarşısının alınması işində var qüvvəsi ilə çalışacaq.
Neftçala sakinlərinin problemlərinin qabardılması və həlli yollarında səylərini əsirgəməyəcəyini vurğulayan Tənzilə Rüstəmxanlı seçiləcəyi halda seçicilərinin etimadını doğruldacağına söz verib.
O qeyd edib ki, seçicilər üçün əlçatan olacaq və birbaşa ünsiyyəti heç bir vaxt kəsməyəcək.
Xanım namizəd görüşə gələn hər bir seçiciyə təşəkkürünü bildirib və onları 1 sentyabrda keçiriləcək seçkidə aktiv iştirak etməyə çağırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi