Zahid Oruc şəhid ailələrini ziyarət edir, məhəllələri qarış-qarış gəzir - VİDEO, FOTOLAR
24-08-2024 [10:32]
33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Orucun seçki təbliğatı və təşviqatı fonunda növbəti görüşü baş tutub.
Mia.az-ın məlumatına görə, Zahid Oruc kənd Əhmədli ərazisi kimi tanınan Əhmədli 3 küçəsində şəhid Eldar Əliyevin ailəsini ziyarət edib.
Zahid Oruc qeyd edib ki, Eldar Əliyevin həyat yolunu araşdıranda onunla hər kəs qürur duyur. Ali təhsilli, xarici dilləri bilən savadlı bir gəncin vətənpərvərlik ideallarının bu xalqın bütövlüyündə mühüm bir salnamə olduğunu qeyd edən natiq Eldar kimi bir oğul böyütdüyü üçün atası Süleyman Əliyevə minnətdarlıq etdi. Zahid Oruc bildirdi ki, bəzən bizim nəslin tənqid edib “Feysbuk nəsli”, “Tvitter və rəqəmsal uşaqlar” adlandırdığı gənclər Ali Baş Komandanın əmri ilə torpaqlarımız uğrunda canını fəda edərək misilsiz tarix yazdılar.
Şəhid Eldar Əliyevin atası Süleyman Əliyev Zahid Orucu daim aktiv millət vəkili kimi tanıdıqlarını bildirərək seçkilərdə həm özünün, həm də ərazi sakinlərinin ona səs verəcəyini vurğuladı. Süleyman Əliyev söylədi ki, savadına, intellektinə görə yoldaşlarından fərqlənən Eldar, 2012-ci ildə təhsil aldığı universitetdə fakültələrarası “Nə? Harada? Nə zaman?” yarışında birinci yeri tutub. Ardınca “Breyn rinq” intellektual oyununda da eyni nəticəni təkrarlayıb. “Gənclər fondu”nun təşkil etdiyi “Tələbələrarası I iqtisadi biliklər olimpiadası”nın final mərhələsində də uğurlu mübarizə aparıb.
Eldarın şahmat, riyaziyyat və müharibə-strategiya oyunlarına böyük marağı var idi. Napoleon haqqında araşdırmağı, oxumağı çox sevdiyi üçün dostları arasında “Napo” ləqəbi ilə çağrılırdı. 2015-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra hərbi xidmətə çağırılan Eldar, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu motoatıcı hərbi hissəsində pulemyot atıcı olaraq xidmət edib.
2020-ci il 27 sentyabr İkinci Qarabağ müharibəsinin başlaması ilə birlikdə Eldar da cəbhəyə könüllü olaraq yollanıb. Füzuli, Hadrut və Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 13 oktyabr tarixində Füzuli rayonu döyüşlərində qəhrəmanca şəhid olub. 18 Oktyabr tarixində Bakı şəhərində, Əhmədli qəsəbəsi qəbristanlığında dəfn olunub. Eldarın dayısı Əbilov Əfsər də Birinci Qarabağ Müharibəsində şəhid olub və Şəhidlər Xiyabanında dəfn olunub.
Zahid Orucun vəkilləri sosioloq alim Əfqan Vəliyev, politoloqlar İlyas Hüseynov və Tural İsmayılov Zahid Orucun platforması haqqında danışaraq Zahid Orucun platformasının əks olunduğu “Xüsusi Buraxılış”ı görüşə gələn küçə sakinlərinə paylayıb.
Növbəti görüş Lütfi Zadə 16 küçəsinin sakinləri ilə oldu. Şəhidimiz Nurəhməd Ulubəyovun abidəsinin önündə gerçəkləşən görüşdə şəhidin yaxın qohumları, anası Tahirə Ulubəyova, məhəllədə yaşayan tibb işçiləri fəal şəkildə iştirak etdi.
Seçkilərin nəticələrindən asılı olmayaraq, ictimai fikri öyrərən bir qurumun rəhbəri kimi Xətai 33 saylı dairənin hər zaman diqqət mərkəzində saxlayacağını bildirən Zahid Oruc Lütfi Zadə 16 küçəsinin sakinlərinin qaldırdıqları məsələləri də qeyd edəcəklərini və əllərindən gələn bütün köməklikləri göstərəcəklərini vurğulayıb.
Artıq əvvəlki görüşlərdə səslənən bir sıra problemlərin həll edildiyini bildirən namizəd 1 sentyabrda aktiv iştiraka əmin olduğunu, seçicilərin etiamıdını qazanmaqdan şərəf duyacağını söylədi.
Namizəd Vətən müharibəsində parlaq qələbədən sonra Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə daha böyük nailiyyətlərin qazanılması üçün hər bir dövlət və hakimiyyət təmsilçisinin məsuliyyətlə çalışmasının labüdlüyünə toxundu. Şəhidlərimizin ruhu qarşısında hər zaman borclu olduğumuzu qeyd edən namizəd Xətai 33 saylı birinci seçki dairəsində şəhid ailələrinin hər zaman diqqətində olacağını xüsusi qeyd etdi.
Daha sonra şəhidimizin dayısı Ramiz Fərzəliyev qeyd etdi ki, 2001-2012-ci illərdə Xətai rayonu 25 nömrəli tam orta məktəbdə təhsil alıb. Elə həmin ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının İqtisadiyyat fakultəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə həqiqi hərbi xidmətə yollanır. 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinə könüllü qoşularaq torpaqlarımızın erməni işğalından azad olunmasında iştirak edib. Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində döyüşlərə qatılıb. Oktyabrın 7-də Füzuli rayonu Horadiz kəndi istiqamətində düşmən həmləsinin qarşısını alarkən həlak olub. 9 oktyabr 2020-ci ildə Bakıda II Fəxri Xiyabanda dəfn edilib.
Şəhidin anası Tahirə xanım bildirdi ki, Nurəhməd evin üçüncü uşağı, sonbeşiyi olub. Onunla böyük bacı, qardaşı arasında çox fərq var. Böyük oğlum universitetin birinci kursuna daxil olanda Nurəhməd birinci sinfə gedirdi. Ona atamın adını qoymuşdum. O, çox vətənpərvər uşaq idi. Orta məktəbi rus dilində bitirmişdi, bir dəfə Bodruma səyahətə gedəndə, orda bir ingilislə Qarabağ üstündə mübahisə etmişdi. Sonra gəlib bizə ingilisi sözlə məğlub etməsindən danışırdı. Aprel hadisələrində də hamı ilə birgə küçələrə çıxmışdı. Axşam vaxtı gördüm qapı açıldı, o, çiynində bayraqla içəri girdi. Onunla zarafatımız vardı. O, bizim övladımız yox, nəvəmiz kimi idi. Dedim, çiyninə o nədir sərmisən. Dedi, "bayrağımızdı, yaraşır?" Dedim, hə, gözəl yaraşır. Dedi ki, "papa, bu harasıdır hələ. Qarabağı alacağıq, onda bu bayrağı özümlə Qarabağa aparacam". İndi həmin bayraq evdədi, saxlayıram. Nurəhməd şəhid olandan sonra həmin bayraq onun evdəki paltarlarının arasından çıxdı.
Növbəti görüş Babək Prospekti 76 ünvanında, şəhid kapitan Həmid Abbasbəylinin büstünün qarşısında gerçəkləşdi.
Zahid Oruc bildirdi ki, şəhidimiz Həmid Abbasbəyli məktəbi uğurla bitirərək təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərb sənətinin dərinliklərinə yiyələnib. Dörd xarici dil biliyinə malik və idmana xüsusi marağı olan Həmid dəfələrdə medallarla təltif edilib. Baş leytenant Abbasbəyli ali təhsilini başa vurduqdan sonra cəbhə bölgəsində Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə tağım komandiri vəzifəsində xidmət edib və Aprel döyüşlərinin iştirakçısı olub. Ardınca, Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrində baş leytenant rütbəsində hərbi fəaliyyətini davam etdirib. 2016-2017-ci illərdə Türkiyədə, 2017–2018-ci illərdə isə Çində xüsusi təlim kurslarını birinciliklə başa vurub. Həmid Abbasbəyli Vətən müharibəsi başladığı gündən etibarən düşmənlə mübarizəyə qatılıb. Döyüşlər zamanı minaya düşərək ayağından yaralanmasına baxmayaraq ilkin tibbi yardımdan sonra döyüşə davam edib. Füzuli, Cəbrayıl, Zəngilan şəhərləri, Hadrut qəsəbəsi, Ərgünəş və Laçın dəhlizinə nəzarət edən yüksəkliklərin işğaldan azad olunmasında böyük şücaət göstərib.
Zahid Oruc bildirdi ki, artıq bu müddət ərzində Xətai 33 saylı birinci seçki dairəsində yaşayan vətəndaşlarla daim yaxın təmasdadır. O, səsləndirilən problemlərin aidiyyatı qurumlara yönəldiləcəyini vurğuladı. Bundan əvvəl keçirilən görüşlərdə səslənən bir çox məsələnin artıq həll edildiyini vurğulayıb.
Zahid Oruc belə görüşləri daha yaxın və səmimi ünsiyyət imkanı adlandırdı, böyük zallardan fərqli olaraq, açıq şəkildə istənilən problemin qaldırılması fürsəti kimi dəyərləndirdi, xalqın təmsilçisi olmaq istəyən şəxslərin vətəndaşların ayağına gəlməsini vacib tələb adlandırdı. O bildirdi ki, hər bir namizəd öz dairəsində seçiciləri ilə iç-içə olmağı bacarmalıdır.
“Ağ şəhərdən yaşıl Xətaiyə” hər birimizin şüarıdır deyən Zahid Oruc sakinlərə marağı üçün təşəkkürünü bildirdi.
Livan hökuməti: ""Hizbullah" ordunun cənubda nəzarəti ələ keçirməsinə razılıq verilib"
Türkiyədə 20 nəfər dönərdən zəhərlənib
Rəsmi Bakı Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verib - "...qəti şəkildə rədd edirik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fransada hökumət çöküb
Gəncədə taksi sürücüsü bıçaqlanıb
İsrail Qəzzanı bombalayıb - Ölən və yaralananlar var
RUİSYA İRANLA YENİ SAZİŞ İMZALAMAĞA HAZIRLAŞIR: "Bizim birlkdə böyük planlarımız var”
Putin Forumda Trampın hədəsindən danışdı: "Qərb Rusiyanı strateji cəhətdən məğlub etməyə çalışıb, lakin..."
Talişka "Fənərbağça" ilə razılaşmadığını deyir: "Xəbər yalandır"
ABŞ Kosmik Qüvvələri Tokioda hərbi bazaya qoşun yerləşdirib
Paşinyan: “Bizə Azərbaycanla heç bir müharibə qətiyyən lazım deyil" - "Məqsədimiz sülh müqaviləsini razılaşdırmaqdır, onun da..."
"Qaçqınkom”da inanılmaz qrant oyunları: Xaricdən gələn milyonlar kimlərin cibinə gedir? – ŞOK ADLAR
Hüquq müdafiəçisi Rüfət Səfərovla bağlı qərar verildi - Yenilənib
“Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb - Sərnişinlər düşürülüblər
Gürcüstanda müxalif liderlərindən biri saxlanılıb
Rəsmi Ankara: "Biz Tel Rıfat və Mənbicdə terrorçu istəmirik"
Türkiyə Ordusu İraqda 9 terrorçu zərərsizləşdirib
Bakıda məktəbli bıçaqlanıb - Açıqlamalar (Yenilənib)
Qida təhlükəsizliyi ilə bağlı cərimələr artırılır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb
Bu QHT-ləri üç min manatadək məbləğdə cərimə gözləyir
Afət Telmanqızına Qarabağda vəzifə verilib
Ceyhun Bayramovla İran XİN başçısının görüşündə iki hal - TƏHLİL
BİR QRUP VƏZİFƏLİ ŞƏXS SAXLANILDI - Prokurorluq detalları yaydı
Müdafiə Sənayesi Nazirliyi 6 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradıb
Bakıda və rayonlarda leysan olacaq - Xəbərdarlıq
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifədən çıxarılıb
Orxan Məmmədov: "E-KOB Evi" yaradılır
“Onsuz da bütün davaların sonu barışıqdır, barışsınlar”
Şuşa şəhərinə daha 48 ailə köçürülüb (Yenilənib)
Azərbaycan çempionatı keçiriləcək
Ədliyyə Nazirliyində daha bir təyinat olub
“Unibank”ın “Əjdaha lotereyasından narazılıq var - Şikayət + FOTO
Şura sədri Sahib Məmmədov intihar edib
Milli Məclisin plenar iclası ləğv olunub
Lionel Messi komanda yoldaşları ilə Bakıya gəlir - Bu tarixdə
CHP ilə MHP arasında gərginlik böyüyür - Özgür Özəl Baxçalının çıxışı yazılan vərəqi cırdı, qarşı tərəf "bu, əxlaqsızlıqdır" dedi
“Xəyyam Əhmədlinin müalicəsinə kömək etməyənlər sırasında kim adımı çəkirsə..." - Meyxana ustadı
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib - FOTO