09-07-2014 [19:07]
Braziliyada keçirilən dünya çempionatı peşəsindən aslı olmayaraq hər kəsi ağuşuna alıb. Siyasətçilər də fürsətdən istifadə edib siyasi açıqlamalar yox, futbolla bağlı proqnozlar verirlər. Müasir Müsavat partiyasının sədri Hafız Hacıyev də çılğın futbol azarkeşi kimi tanınır.
Partiya sədri ilə bu dəfə futboldan danışdıq. O, müsahibəsində Braziliyaya azarkeşlik etdiyini və komandasının qalib gələcəyinə inandığını deyib. Hafiz Hacıyev Azərbaycan futbolunda olan "maması göyçəklər”dən də danışdı:
Mia.az Publika.az-a istinadən hmin müsahibəni təqdim edir:
- Hafiz müəllim, dünya çempionatı artıq yarımfinal mərhələsindədir. Sizcə, bu mərhələdə şanslar necədi?
- Məni maraqlandıran Braziliya komandasıdır. Braziliya da yarımfinalda güclü komanda ilə oynayacaq. Oyun gec başlasa da, baxacağıq. Düzü dünya çempionatında müsəlman ölkələrinin komandalarının daha çox olmasını istəyirəm.
- İran çıxış edirdi, amma qrupdan çıxa bilmədi.
- İranın dünya çempionatında çıxış etməsinin özü də müsəlman dövlətləri üçün müsbət hal idi. Onların heyətində cənubi azərbaycanlılar da çoxdur.
- Amma onların heyətində erməni futbolçu da var idi.
- Elə onları uduzduran da o erməni oldu da... Gərək iranlılar əvvəlcədən hamısını ölçüb-biçəydilər. Axı, o ermənilər həmişə arxadan zərbə vururlar.
- Hafiz müəllim, bəs sizi hansı komandaların oyunu qane etmədi?
- İspaniya, Portuqaliya, İtaliya... Azarkeşlər onlardan başqa oyun gözləyirdilər. Amma alınmadı. Bunlar da həm təəssüfləndirən, həm də təəccübləndirən məsələlərdi. Amma hələ ki, mənim azarkeşlik etdiyim komanda uğurlu çıxış edir.
- Kosta Rika kiçik dövlətdir. Bu komanda 1/4 finala qədər irəlilədi, çempionatı məğlub olmadan tərk etdi. Hollandiya onları yalnız penalti seriyasında mübarizədən uzaqlaşdıra bildi.
- Baxmışam o komandanın oyununa. Bilirsiz necədir? Elə komandalar var ki sürpriz edirlər.
- Bəlkə, Kosta Rikanın baş məşqçisini Berti Foqtsun yerinə gətirək? Onda biz də dünya çempionatına gedə bilərik?
- Bizə kimi də gətirsələr, xeyri yoxdu. Çünki bizdə sifarişlə oynadılan futbolçular var ha, onların sayəsində mümkün deyil. "Filankəsin qızının oğlu oynasın, filan xanımın oğlu çıxsın meydana” bunlar olduqca mümkün deyil. Təəssüf ki, bu sifarişlər bizim idmanımıza da sirayət edib. Bu da çox üzücü durumdur. Bizdə yaxşı oyunçular var, onlarla səviyyəli komanda qurmaq olar. Nə etmək olar, onları oyuna buraxmırlar, maması, xalası göyçəklər irəli gedir, güclülər qalır arxada.
Bu heyətlə nə isə qazanmağımız mümkün deyil. Özümüzü yormayaq. Azərbaycan futbolunu pis günə qoyublar. Dövlətin ayırdığı milyonlarla vəsaiti göyə sovurublar. Onun kökü başqa yerə gedib çıxır. Qalsın sonraya, bunu bu gün araşdırmayaq. Adam danışanda da, danışmayanda da ürəyi ağrıyır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi