Daha bir icra başçısına qadın müavin göndərildi

img

09-07-2014 [18:23]


Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev özünə qadın müavin təyin edib.

İcra Hakimiyyətindən AzNews.az-a bildirilib ki, müvafiq əmrlə Elnarə Fikrət qızı Yusifova elm, təhsil, mədəniyyət və səhiyyə (humanitar) məsələr üzrə müavin təyin edilib. Artıq yeni müavin rayon ictimaiyyətinə təqdim edilib. Əvvələr bu vəzifəni icra edən Elçin İsmayılov isə İcra Hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini təyin olunub.

Xatırladaq ki, Prezident Administrasiyasından qısa müddətdə rayon icra hakimiyyəti başçılarının humanitar məsələlər üzrə müavinlərinin qadın olması barədə tapşırıq verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA