Tələbə adını qazanan jurnalist övladları - FOTOLAR
23-08-2024 [10:47]
Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə builki ixtisas seçiminin nəticələrini elan edib. Məlum olub ki, ali təhsil müəssisələrinin müsabiqəsində 82883 nəfər iştirak edib.
Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
MİA.AZ-ın məlumatına görə, bu il də tələbə adı qazananlar arasında jurnalist övladları da var. Modern.az saytı ənənəyə uyğun olaraq tələbə adı qazanmış jurnalist övladları ilə bağlı iməlumatları təqdim edir:

"Media Türk" TV-nin baş redaktoru Səidə Bəkirqızının övladı Əfsanə Bayramova Xəzər Universitetinin ibtidai sinif müəllimliyi ixtisasında təhsil alacaq.

“Yenisabah.az” saytının rəhbəri Elnur Məmmədli ilə APA-nın redaktoru Nigar Məmmədli cütlüyünün qızı Nuray Bakı Dövlət Universitetinun komputer elmləri ixtisasına qəbul olunub. Nuray dövlət sifarişi ilə əyani oxuyacaq.

Jurnalist Elman Cəfərli də qızının tələbə olmağına sevinir. “Ayan Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə (dövlət sifarişi üzrə, ingilis dilində) daxil oldu. Ali məktəbə qəbul olunan bütün övladları təbrik edirəm!”, - deyə həmkarımız sevincini bölüşüb.
“Report” İnformasiya Agentliyinin baş redaktor müavini Emil Quliyevin qızı Sara Ada Universitetinə qəbul olunub.

ADA Universitetinin Kommunikasiya və rəqəmsal media proqramının rəhbəri, MEDİA-nın Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyevanın övladı kompüter mühəndisliyi ixtisası üzrə ali təhsil alacaq.

“Mia.az” saytının rəhbəri Fazil Əhmədin oğlu Fərid Əhmədov ali təhsilini Türkiyədə alacaq. YÖS imtahanlarında uğurlu nəticə qazanan həmkarımızın övladı İstanbulda - Hüquq fakültəsində oxuyacaq.
“Report” İnformasiya Agentliyinin redaktoru Araz Zeynalovun qızı Röya Zeynallı Azərbaycan Dillər Universitetində (ingilis-koreya dili) təhsil alacaq.

Jurnalist İradə Cəlilova oğlunun tələbə olmasının sevinicini sosial şəbəkədə bölüşüb. Onun övladı Heydərəli Əlizadə Azərbaycan Dillər Universitetinin alman dili ixtisasına qəbul olunub.

Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimovanın qızı Ceyran Qarabağ Universitetinin tələbəsi olub. “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı bahasına aldıqları torpaqlarımızda yenə onlar kimi vətənpərvər gənclər sayəsində Qarabağ yenidən qurulacaq, çiçəklənəcək! Var olsun, Ali Baş Komandan!”, - deyə baş redaktor bildirib.

“Pressklub.az” saytının əməkdaşı Elçin Rüstəmlinin qızı Aysu Bakı Dövlət Universitetinin tələbəsi adını qazanıb. O, Hüquq fakültəsində dövlət sifarişi ilə əyani təhsil alacaq.

“Avtosfer.az” saytının bar redaktoru Elməddin Muradlı və jurnalist Xəyalə Muradlı cütlüyünün oğlu Turqut da valideynlərini sevindirib. Turqut Muradlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul olunub.
Maraqlıdır ki, Elməddin Muradlının özü də yenidən tələbə adını qazanıb. Belə ki, o, ikinci ali təhsil üçün imtahan verib və sınaqdan uğurla keçərək Azərbaycan Texniki Universitetinin logistika və nəqliyyat texnologiyaları ixtisasına qəbul olunub.

“Azərbaycan” qəzetinin baş redaktor müavini İxtiyar Hüseynlinin oğlu Kərim də tələbə statusuna yiyələnib. O, UNEC-in biznesin idarə edilməsi ixtisasına daxil olub. Amma xaricdə təhsil alacaq.
"Kərim DİM nəticələrinə görə, UNEC-in biznesin idarə edilməsi fakültəsinə daxil oldu. Sevincimiz hədsizdir... Bundan öncə də SAT və İELTS nəticələrinə əsasən, Bakıda ADA və Belçikada Ku Leuven universitetlərinin eyni adlı fakültələrinə qəbul olunmuşdu. Seçimimiz "The Times Higher Education” reytinqinə görə, dünyanın 45-ci universiteti elan edilən, 599 yaşlı Ku Leuven universiteti oldu", - İxtiyar Hüseynli bildirib.

"Xalq qəzeti"nin müxbiri Səxavət Həmid və “525-ci qəzet”in əməkdaşı Sevinc Mürvətqızı da bu gün sevinən valideynlər sırasındadırlar. Jurnalist cütlüyün qızı Sara Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə (əyani, dövlət sifarişi) qəbul olunub.

“Missiya.az” saytının baş redaktoru Nicat Dağların oğlu Mirsamir Prezident yanında Dövlət İdarəçilik Akademiyasının davamlı inkişafın idarə olunması ixtisasında (dövlət sifarişli) ali təhsil alacaq.

QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadənin qızı Günel ixtisas seçimindən uğurla keçərək, Dövlət Gömrük Komitəsi Akademiyasının Hüquqşünaslıq fakültəsinə qəbul olunub.

Jurnalist Cəmaləddin Quliyevin oğlu da tələbə adını qazanıb. Həmkarımızın övladı Bakı Dövlət Universitetində ali təhsil alacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet resursu olan DOST TV-nin əməkdaşı Rumiyyə Miraslanın oğlu da tələbə adı qazananlar sırasındadır.

"Dia.az" saytının rəhbəri Məhəmməd Ərsoy bildirib ki, onun oğlu Sevindik Bakı Mühəndislik Universitetinin tələbəsi adını qazanıb.

Azad Azərbaycan Televiziyasının İnformasiya və ictimai-siyasi verilişlər departamentinin direktoru Anar Şükürovun qızı Günay Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsində (dövlət sifarişi) oxuyacaq.

Jurnalist Rauf Rəcəbovun oğlu Ramal Rəcəbzadə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi statusuna yiyələnib.

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin qızı Məltəm Bakı Mühəndislik Universitetinə (BMU) qəbul olunub. O, 3 il Bakıda, 1 il isə Cənubi Koreyada İNHA universitetində dövlət sifarişli ilə oxuyacaq. Bununla da iki təhsil və iki diplom almış olacaq.

24media.az saytının baş redaktoru Anzulə Pərvizqızının oğli Kənan Cəfərli də anasını sevindirib. O, Azərbaycan Texniki Universitetinin mexatronika və robototexnika mühəndisliyi ixtisasında ali təhsil alacaq.
Respublika Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyevin qızı Bakı Dövlət Universitetində ali təhsil alacaq.

Jurnalist Eldəniz Sucəddinoğlunun qızı Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olunub.

Tns.az saytının rəhbəri Tural Səfərovun oğlu Səfərin 11 illik zəhməti bəhrəsiz qalmayıb. O, Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisasında oxuyacaq. Səfər tədris ingilis dilində dövlət sifarişi ilə ali təhsil alacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi