09-07-2014 [17:38]
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus siyasi məhbusların yeni siyahısını təqdim edib. Onun "Azadlıq" radiosuna müsahibəsini diqqətinizə yetiririk.
– Leyla xanım, bəlkə bir də xatırladasınız, kimlər siyasi məhbus sayılır?
– Mən 30 ildən çoxdur, hələ sovet vaxtından siyasi məhbusların siyahısını hazırlayıram. O vaxtdan Amnesty İnternational beynəlxalq təşkilatının siyasi məhbuslarla bağlı meyarları var. O meyarlardan «siyasi məhbus kimdir, vicdan məhbusu kimdir» suallarına cavab tapmaq mümkündür. Bu meyarlar çox aydın anlaşılır. Qanunu pozan vətəndaş həbs edilirsə, ancaq buna görə ona siyasi motivlərlə daha çox iş verirlərsə, bu adam siyasi məhbus sayılır. Vicdan məhbusu o adamdır ki, qanunları heç vaxt pozmur, amma qanunsuz həbs edilir.
– Əvvəlki siyahınızda 124 nəfərin adı vardı. İndi onların sayı 109-a enib...
– Bizim siyahıda olan, vaxtı bitən məhbuslar bu yaxında azadlığa buraxıldılar. İyunda hicabla əlaqədar tutulanların vaxtı bitdi. Siyahıda azalan onlardır.
– Əvvəlki siyahıda olanların bəziləri bu yaxınlarda hüquq müdafiəçilərinə müraciət edərək adlarının siyasi məhbus siyahısından silinməsini istəmişdilər. Yeni siyahıda niyə onların da adı var?
– Sülh və Demokratiya İnstitutu siyahı hazırlayarkən, nə dustaqların, nə də onların ailə üzvlərinin hər hansı təklifinə baxmır. Bura Azərbaycandır. Hamı bilir ki, onlar hansı şərtlər altında o müraciəti ediblər. Onlara necə işgəncələr verildiyini mən bilirəm. Siyahı hazırlayarkən, həmin adamın statusuna, ona qarşı törədilən qanun pozuntusuna, onun günahsızlığına və məhkəmənin qanunsuz qərarına əsaslanırıq. Əgər kriteriya uyğun gəlirsə, məhbusun fikrindən asılı olmayaraq, onu bu siyahıya salırıq.
– Bakıda AŞPA-nın illik sessiyası keçirilərkən, Azərbaycandan olan bəzi hüquq müdafiəçiləri ortaq siyahı təqdim etdilər. Həmin siyahıda 84 nəfərin adı vardı. Onunla sizin siyahı arasında nə fərq var?
– O siyahıda olanların hamısı bizim siyahıda da var. Bizim siyahıda adı olanların 20 nəfəri orada yoxdur. Mən o siyahı ilə razılaşıb, heç vaxt qol çəkə bilmərəm. Çünki orada dustaqlar 2 yerə bölünüb. Təklif olunur ki, siyasi məhbusların bir hissəsi indi buraxılsın, bir hissəsinin də məhkəməsi yenidən keçirilsin. Bu cür təklif xeyirsizdir, insanlara yenidən işgəncə verməkdir. Axı bizdə müstəqil məhkəmə yoxdur. Bir də, siyahılarda hansı adların olmasından çox siyahıların mövcudluğu əsasdır. Mənim mübarizəm siyasi məhbusların unudulmamasını hədəfləyir.
– Həmin siyahıya kimlər salınmayıb?
– Dindarlar var, bloqqerlər var...
– Siyasi məhbuslar üzrə məruzəçi təyin edilən Pedo Agramuntla əməkdaşlığınız hansı səviyyədədir?
– Bu məsələyə təkcə Agramunt baxmayacaq. ATƏT də, BMT də bunu tələb edir. Azərbaycanda hər gün həbslər haqqında eşidirik. Əsas məsələ odur ki, siyasi məhbus var. Agramunt istəsə də deyə bilməyəcək ki, siyasi məhbus yoxdur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi