Səttar Möhbalıyevin qardaşının bağ evində qətl: gözətçinin cəzası azaldıldı
22-08-2024 [10:55]
28 sentyabr 2021-ci il tarixdə Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Möhbalıyevin qardaşı Faiq Möhbalıyevin evində qətl törətməkdə təqsirləndirilən bağ evinin gözətçisi Ramin Əlixanovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyətilə adam öldürmə) maddəsindən həmin Məcəllənin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsinə tövsif edilib və cəzası 16 il müddətinə azadlıqdan məhrumetmədən 10 il 6 aya endirilib.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü R.Əlixanov ibtidai istintaqa ilkin ifadəsində gözətçi kimi işlədiyi evdən oğurluq etməyə çalışan şəxsə xəsarət yetirərək öldürdüyünü desə də, sonradan ifadəsini dəyişib. Bildirib ki, Cəfər adlı 60-65 yaşlı kişi fəhlə işləmək üçün müraciət edib və həmin şəxsin sənədləri, daimi yaşayış yeri olmayıb. Bundan sonra Ramin həmin şəxsə evin həyətindəki gözətçi otağında yaşamağa icazə verib və öz yanında işlədib.
Hadisə günü isə Ramin işlədiyi yerə gələrkən Cəfərin qapını gec açması və nərdivanı pəncərəyə söykəməsini görərək onun oğurluq edə biləcəyindən şübhələnib. Daha sonra onlar birgə yeyib-içiblər. Lakin Ramin yenidən şübhələrinə əsaslanaraq Cəfərin oğurluq edə biləcəyini düşünüb və onu cəzalandırmaq istəyib. Külüngü götürərək yaşlı kişiyə xəsarətlər yetirməyə çalışarkən Cəfər qaçaraq uzaqlaşıb. Bu zaman Ramin bir neçə dəfə külüngü onun arxasına atsa da, ağır zərbə endirə bilməyib. Qapıya çatan Cəfər küçəyə çıxmaq istəyib, lakin qapının bağlı olması səbəbindən həyəti tərk edə bilməyib. Ona yaxınlaşan Ramin bu dəfə yaxından zərbələr endirərək yerə yıxıb və külünglə qətlə yetirib. Daha sonra meyiti həyətdə basdırıb. Lakin 1 gün sonra hadisənin üstü açılıb.
Hadisədən 3 il keçməsinə və qətlə yetirilən şəxsin fotosu yayılmaqla ölümü barədə elan verilsə də, hələ də onun yaxınları tapılmayıb və kimliyini də dəqiqləşdirmək mümkün olmayıb. O, kimsəsizlər məzarlığında dəfn edilib.
Xatırladaq ki, qətl hadisəsinin törədildiyi evin sahibi Faiq Möhbalıyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon şöbəsinin sabiq rəisidir. O, 2018-ci ildə vəfat edib. F.Möhbalıyevin qardaşı S.Möhbalıyev Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla qudadır. Həsənovun kürəkəni İsfəndiyar Möhbalıyev isə uzun illər paytaxtın Yasamal, Xəzər və Qaradağ rayon Polis İdarələrinin rəisi olub. Daha sonra öz ərizəsi ilə polis orqanlarında xidmətdən xaric edilib. İ.Möhbalıyevin artıq xaricdə yaşadığı bildirilir(Pravda).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi