İcra başçısı jurnalistdən əl çəkmir

img

09-07-2014 [16:54]


İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Gunxeber.com saytının baş redaktoru növbəti dəfə xüsusi ittiham qaydasında məhkəməyə verdirib. Bu dəfə 17 aprel 2014-cü il tarixdə Gunxeber.com-da İmişli təhsilindəki qanunsuzluqlarla bağlı dərc olunan yazını əsas gətirərək İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov baş redaktor barəsində xüsusi ittiham qaydasında iddia qaldırıb. Bu barədə Z.Müqabiloğluna Nərimanov Rayon Məhkəməsindən zəng edərək deyiblər. Məhkəməyə hazırlıq iclasının iyulun 16-na təyin olunduğu bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirov V.Hacıyevin göstərişi ilə Nərimanov Rayon Məhkəməsində Z.Müqabiloğlu barəsində xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Həmin iddiada əsas kimi götürülən məqalənin Nərimanov rayonuna heç bir aidiyyəti olmadığından, həmçinin Z.Müqabiloğlu bu rayonda yaşamadığından və işləmədiyindən, eləcə də iddia qüsurlu tərtib olunduğundan Nərimanov Rayon Məhkəməsi həmin iddianı icraata götürmədi.
Bundan sonra V.Hacıyev İmişli Rayon Təhsil Şöbəsinin müdirini işə salaraq ona baş redaktor barəsində xüsusi ittiham qaydasında iddia qaldırmağı tapşırıb. Bu dəfə də heç bir əsas olmadan iddia Nərimanov Rayon Məhkəməsinə təqdim olunub.
Z.Müqabiloğlunun sözlərinə görə, Gunxeber.com saytında bu il aprelin 17-də İmişli Təhsil Şöbəsindəki qanunsuzluqlarla bağlı dərc olunan yazıdan sonra şöbə müdiri Ramiz Əmirov redaksiyaya məktub göndərib və onun mövqeyi bu il aprelin 22-də saytda dərc olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA