Prezident fərman verdi, fərdi ev və bələdiyyə torpaqları ilə bağlı dəyişiklik oldu

img

09-07-2014 [15:51]


Prezident İlham Əliyev fərdi yaşayış evlərinin tikintisi və digər məqsədlər üçün bələdiyyələr tərəfindən ayrılan torpaq sahələri ilə bağlı Fərman verib.

 Mia.az xəbər verir ki, yeni fərmana əsasən "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə”Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilib.

 Bununla da "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanını "Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 907-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alınıb:

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 07, maddələr 464, 465, № 10, maddə 640, № 12, maddə 775, 2002, № 08, maddə 480, 2003, № 10, maddələr 545, 577, 581, 583, 2006, № 5, maddə 409, № 7, maddə 590, 2010, №7, maddə 610) ilə təsdiq edilmiş "Torpaqların alğı-satqısı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci bəndin birinci abzasında "bələdiyyə orqanlarının qərarı ilə” sözləri "bələdiyyənin qərarı və tərəflər arasında bağlanan müqavilə ilə” sözləri ilə əvəz edilsin.

2. 8-ci bəndin iyirmi dördüncü abzası aşağıdakı redaksiyada verilsin:

"Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələrinin bələdiyyələr tərəfindən bilavasitə ayrılması Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 23-cü maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”.

3. «Torpaqların alğı-satqısı Qaydaları»na Əlavə - "Torpaqların alğı-satqısına dair Akt” çıxarılsın.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA