İrəvanın Bakıdan üç absurd istəyi – Bayramovun açıqlamasındakı şifrələr (TƏHLİL)
20-08-2024 [17:15]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, rəsmi Bakı Ermənistanla münasibətlərin normallaşdırılmasını hədəfləyib, lakin İrəvanın uzun onilliklər ərzində irəli sürdüyü bütün əsassız tələblər aradan qaldırılmalıdır.
Bayramovun qeyd etdiyi “sülh üçün Ermənistanın irəli sürdüyü bütün əsassız tələblər aradan qaldırılmalıdır” ifadəsi diqqət çəkir. İrəvan Bakıdan nələri istəyir?
Əslində, bu istiqamətdə bir neçə mülahizə irəli sürmək olar:
Birincisi, Ermənistanın Başkəndə iddiasıdır. Rəsmi İrəvan anklav kəndlərlə bağlı müzakirələrdə Başkəndi gündəmə gətirməklə prosesdən yayınır.
İkincisi, Ermənistanın Azərbaycan Ordusu tərəfindən ələ keçirildiyini iddia etdiyi yüksəkliklər məsələsidir. Ermənistan tərəfi deyir ki, guya Azərbaycan Ermənistan ərazisində bəzi yüksəklikləri ələ keçirib. Bakı bu məsələ ilə bağlı təkzib verib, amma İrəvan razılaşmır.
Üçüncüsü, Zəngəzur dəhlizi və ya “maneəsiz hərəkət prinsipi” məsələsi. Hazırda Ermənistanla Azərbaycan arasında müzakirə predmeti olan məsələlərdən biri də məhz budur. Ermənistan məsələnin yol prinsipi ilə həllini dəstəkləyir. Bundan başqa, rəsmi İrəvan həmin yola Ermənistanın nəzarət etməsini istəyir.
Azərbaycan tərəfi isə məsələnin 10 Noyabr bəyanatının müvafiq bəndinə uyğun olaraq maneəsiz hərəkət prinsipi ilə həllindən yanadır.
Təbii ki, bu üç versiya subyektiv yanaşmadır. Yəni tamam fərqli tələblər də ola bilər. Amma ehtimal ki, Bakını narahat edən məqam təkcə Ermənistanın tələbləri deyil, həm də fundamental sənədlərindəki məqamlardır.
“Heç kimə sirr deyil ki, Ermənistanın bütün fundamental sənədlərində hələ də Azərbaycana qarşı ərazi iddiaları var, bu yolverilməzdir və bu, sülh müqaviləsinin bağlanması prosesinin başa çatdırılmasına əsas maneədir”, – C.Bayramov deyib.
“Fundamental sənədlər” dedikdə isə Ermənistan konstitusiyası və Müstəqillik Bəyannaməsi nəzərdə tutulur. Hər iki sənəddə Azərbaycan və qonşu ölkələrə ərazi iddiaları əksini tapıb. Bu mənada ilk növbədə həmin məsələ həllini tapmalıdır.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi