Azərbaycan diplomatları 3 saylı “Asan xidmət”də

img

09-07-2014 [15:25]


Azərbaycan diplomatik korpusunun V müşavirəsində iştirak edən səfir və diplomatlar bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı "ASAN xidmət” mərkəzində olublar.

Agentliyin sədri İnam Kərimov diplomatlara "ASAN xidmət” mərkəzlərinin yaradılma zərurəti və fəaliyyət prinsipləri barədə məlumat verib.

Əsas məqsədin vətəndaşlara xidmət olduğunu qeyd edən İ. Kərimov bildirib ki, bu ilin sonuna qədər Sabirabad, Bərdə, Masallı və Qəbələdə "ASAN xidmət” mərkəzləri açılacaq. İ. Kərimov "ASAN xidmət”in Azərbaycan brendi olduğunu deyib.

Daha sonra diplomatlar 3 saylı "ASAN xidmət” mərkəzi ilə tanış olublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA