09-07-2014 [14:25]
Kənd təsərrüfatı naziri Heydər Əsədovla yanaşı, ölkənin baş prokuroru Zakir Qaralovun da göstərişiylə Azərbaycanda buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadə vəziyyətinin öyrənilməsi məqsədiylə rayonlarda yoxlamaya start verilib.
Mia.az «Reytinq» qəzetinə istinadən xəbər verir ki, yoxlama aparılan rayonlardan
biri də İmişlidir. Aldığımız məlumata görə, həmin rayonda 01 dekabr 2013-cü
il tarixinə İmişli rayonu üzrə kənd ərazi komissiyalarının buğda səpini aparılmasına
görə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş pulların bir hissəsinin mənimsənilməsi faktı, təkcə Kənd Təsərrüfatı Nazirliyində deyil, həm də Baş Prokurorluqda narahatlıq yaradıb.
Məhz bu səbəbdən də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatlar əsasında İmişlidə əməliyyat-istintaq tədbirlərini genişləndirib: «Diqqətinizə çatdırım ki, Dövlət Büdcəsindən
ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı
Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsində ilkin araşdırılma mərhələsindən keçib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti də ilkin məlumat yayıb. Həmin məlumatdan da görünür ki, araşdırmalar zamanı İmişli rayonunun Aranlı və Qaragüvəndikli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və yerli bələdiyyələrin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edərək, kənd sakinlərinin guya buğda əkmələri barədə bilə-bilə rəsmi sənədlərə yalan məlumatlar daxil ediblər. Nəticədə dövlət büdcəsindən ayrılmış 447 min manta yardımın mənimsəmə və israf edilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin
179.3.2 (mənimsəmə və ya israf etmə),
308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Göründüyü kimi, artıq məmurlar təkcə vəzifə səlahiyyətlərini
aşmayıblar. Onlar dələduzluqda da ittiham olunurlar. Burada diqqətçəkən ən incə
məqam isə odur ki, söhbət iki kənddən getsə də, əslində, açıqlanan rəqəm ümumi
məbləği əks etdirir. Başqa sözlə desək, Baş Prokurorluğun yaydığı məlumatda iki
kənd üzrə icra başçısının nümayəndələrinin əməlləri göstərilsə də, qeyd olunan məbləğ
bütün rayonu əhatə edir. Bu isə onu göstərir ki, prokurorluq təkcə iki kənd üzrə
deyil, yardım siyahısı tərtib etmiş 29 kənd üzrə mənimsəmə halının olduğuna eyham
vurur. Və digər kəndlər üzrə də istintaq tədbirləri aparılması zərurəti yaranıb».
Məlumatlı
şəxsin sözlərinə görə, İmişlidə rəsmi sənədlərə əsasən 29 kənd üzrə 4591 buğda istehsalçısının
olduğu və onların da ümumilikdə 11186,85 hektar guya buğda sahəsi əkdiyi qeyd olunub:
«Həmin 29 kənd üzrə bütün sənədləri və siyahıları Sizə təqdim edirəm. Bu sənədlərdən
də aydın görünür ki, Baş Prokurorluğun yaydığı
məlumatda adıçəkilən iki kənd üzrə mənimsəmələrin olması şübhəsi əbəs deyil. Məsələn,
Aranlı kənd icra nümayəndəsi və bələdiyyəsindən ibarət komissiya həmin kənd üzrə
365 buğda istehsalçısının 1358,88 hektar guya buğda əkdiyini qeyd ediblər.
Bununla da həmin kəndin sakinlərinin adı ilə 54 min
355 manat 20 qəpik pul silinib. Qaragüvəndikli
inzibati ərazi dairəsi üzrə isə rəsmi sənədlərdə 134 buğda səpini aparmış kənd sakinin
adı var. Onlar guya 595,5 hektar sahə əkiblər. Bunun müqabilində isə 23 min 820 manat vəsaitin müəyyən hissəsinin mənimsənilmə şübhəsi var. Amma hər iki
kəndin sənədlərində olan bir sıra adamların adına yazılmış rəqəmlərin
şişirdilmə olduğu sirr deyil. Bəlkə də elə kənd sakini var ki, ümumiyyətlə,
buğda əkməyib. Bildiyimə görə, bu faktlar nazirlikdə və prokurorluqda artıq
təsbit olunub. Məndə olan digər məlumata görə, bu səbəbdən də Kənd Təsərrüfatı Nazirliyinin
mütəxəssisləri ilə birlikdə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin
müstəntiqləri bu kəndlər daxil olmaqla, digər 27 kənd üzrə yardım siyahısını da
ciddi araşdırırlar».
Məlumatlı şəxs deyir ki, araşdırmanın yekunu olaraq digər kəndlərin icra
nümayəndələri ilə birlikdə, bəzi bələdiyyə sədrləri, həmçinin digər cavabdeh şəxslərin
barəsində də cinayət işinin qaldırılması qaçılmazdır: «Əgər iki kənddə ilkin araşdırma
zamanı mənimsəmə halı müəyyən olunubsa, üstəlik, Baş Prokurorluq rayon üzrə ayrılmış
ümumi vəsaitin – 447 min manatın mənimsənilməsi haqda rəsmi açıqlama yayırsa, demək
ki, bu «xəmir hələ çox su aparacaq». Sözsüz ki, bu araşdırmanın bir ucu rayon icra
hakimiyyəti başçısı Vilyam Hacıyev başda olmaqla, onun aqrar məsələlər üzrə müavini,
həmçinin rayon maliyyə idarəsinin müdirinə qədər gedib çıxacaq».
İmişlidə iki kənd üzrə başlanmış cinayət işinin Prezident Administrasiyasının
da birbaşa nəzarətində olduğunu deyən müsahibimiz bildirir ki, bu prosesdən son
nəticədə rayon rəhbərliyinin də ciddi «zərərli» çıxacağı gözlənilir.
Son olaraq
onu da qeyd edək ki, İmişlinin 29 ərazi inzibati dairəsi üzrə icra nümayəndələrinin
tərtib etdiyi yardım siyahısı tam olaraq redaksiyamızdadır. Həmin sənədlər əsasında
araşdırmalarımızı davam etdirəcəyik.
"Reytinq”
qəzeti
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi