Goranboyda qəbirlər dağıdıldı

img

09-07-2014 [13:26]


Goranboy rayonunun Səfikürd kəndində qabristanlıqda başdaşıları qırılıb.

MIA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə kənd sakini Azər Ələkbərov polisə şikayət edib.

Azər Ələkbərov şikayətində bildirib ki, gecə kəndin ərazisində yerləşən qabristanlıqda mərhum nənəsi Nuriyyə Ələkbərovanın da baş daşı naməlum şəxs tərəfindən qırılıb.

Şikayət əsasında araşdırma başlanıb. Araşdırmalar zamanı Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəbirləri dağıdan Ramin Həmidov saxlanılıb.

Hazırda onun nə səbəbdən belə iş tutmasının səbəbləri araşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA