ABŞ - Rusiya rəqabəti Cənubi Qafqaza sıçrayıb - Nə baş verir? (TƏHLİL)
16-08-2024 [17:16]
ABŞ-Rusiya rəqabətinin Cənubi Qafqaz raundunda aktivləşmə var. Rəsmi Vaşinqton Kremlin başının Ukrayna ilə müharibəyə qarışmasından istifadə edərək, regionda həm hərbi varlığını artırır, həm də Ermənistandakı Rusiya təsirini qırmağa çalışır.
Misal üçün “Flightradar” qlobal uçuş izləmə xidmətinin məlumatına görə avqustun 2-si və 3-də ABŞ-ın Rumıniya və Qətərdəki bazalarından iki hərbi təyyarə Ermənistanın Zvartnots hava limanına uçub. “Caliber”in məlumatında qeyd olunur ki, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi nəqliyyat təyyarələrində Ermənistan Silahlı Qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli zirehli texnika gətirilib. Bundan başqa Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları da bura daxildir.
Digər diqqətçəkən məqam isə hərbi yükdən əlavə, ABŞ ordusunun 50 nəfərədək şəxsi heyətinin Ermənistana gəlməsidir. “Caliber”in məlumatında qeyd olunur ki, onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməni əsilli ABŞ vətəndaşlarıdır: postsovet ölkələrindən ABŞ-a köçmüş slavyan və qafqazlı insanlardan ibarət şəxsi heyət Ermənistan Silahlı Qüvvələrinin geyim forması ilə təchiz olunub və Zəngəzurdakı hərbi bazada yerləşdirilib.
Göründüyü kimi, rəsmi Vaşinqton Rusiyanın Ukrayna ilə müharibəyə başının qarışmasından istifadə edərək Ermənistanda hərbi varlığını artırır. Aydın məsələdir ki, nə Ermənistan rus qoşunlarını birdəfəyə ölkədən çıxara bilər, nə ABŞ bu istiqamətdə Ermənistana tam dəstək verə bilər, nə də Rusiya mövcud durumla barışar. Buna görə də ABŞ daha ağıllı strategiya yürüdərək Ermənistanda hərbi varlığını tədricən artırır. Bu proses böyük ehtimalla Ermənistanda ABŞ və Rusiya hərbi gücü balanslaşana qədər davam edəcək.
Aydın məsələdir ki, Rusiya ABŞ-ın nə etdiyinin fərqindədir. Bununla belə, prosesin qarşısını almaq üçün radikal addım atmır. Bunun üç əsas səbəbi var:
Birincisi, Rusiya Ermənistanı tam itirməmək üçün ABŞ-la bağlı narahatlığını İrəvana radikal formada demir;
İkincisi, Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb və Ermənistana diqqət ayıra bilmir;
Üçüncüsü, ABŞ-ın Ermənistandakı hərbi varlığı hələlik Rusiya ilə eyni ölçüdə deyil.
Lakin Kreml məsələyə səssiz də qalmır. Ənənəvi rıçağı olan Ermənistan-Azərbaycan münaqişənindən istifadə edərək tərəfləri qarşı-qarşıya gətirməyə çalışır. Misal üçün avqustun 15-16-sı Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi və Sədərək rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı bölmələri tərəfindən atəşə tutulub. Bu və bu kimi təxribatlar adətən Kremlin təlimatı ilə Ermənistan ordusunun daxilindəki “5-ci kolon” tərəfindən həyata keçirilir. Rusiya bu yolla şərti dövlət sərhədində gərginliyi artırıb, həm sülh prosesinə mane olmağa, həm də Ermənistana narahatlığını göstərməyə çalışır.
Azərbaycan regionda baş verən prosesləri yaxından izləyir. Son günlər təmkinli mövqeyin səbəbi də budur. Bakı İrəvanla sülh prosesinin davamlı və nəticəli olmasında maraqlıdır. ABŞ-Rusiya rəqabətinin sülhə zərər verməməsi üçün proseslərə təmkinli yanaşırıq. Bakı və İrəvan arasında gizli danışıqlar da məhz bu səbəbdən aparılır. Mövcud vəziyyəti nəzərə aldıqda demək olar ki, yaxın zamanlarda yeni təxribatların olması istisna deyil.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi