Rəşad Məcid: "Çox istərdim ki, namizədlər kampaniyalarını ödənişli əsaslarla media subyektlərində qursunlar" - MÜSAHİBƏ
16-08-2024 [13:48]
Mətbuat Şurasının sədri Rəşad Məcid “Seçki 2024” Müstəqil Media Mərkəzinin suallarını cavablandırıb.
Mia.az həmin müsahibəni təqdim edir:
- Rəşad müəllim, sentyabrın 1-də ölkəmizdə Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Seçki prosesində, xüsusilə təşviqat dövründə medianın əhəmiyyəti olduqca yüksəkdir. Bu mənada, Azərbaycan mediası seçki dövründəki davranışlarını necə tənzimləməlidir?
- Torpaqlarımızın işğaldan azad edilməsindən və suverenliyimizin tam bərpasından sonra ilk dəfə reallaşacaq Milli Məclisə seçkilərin media tərəfindən obyektiv işıqlandırılması zəruridir. Jurnalistlərimizin qanunvericiliyin tələblərinə uyğun davranması demokratik dövlət, hüquqi cəmiyyət quruculuğunun dərinləşməsinə töhfə vermək baxımından son dərəcə vacibdir. Bu mənada media subyektlərinin üzərinə həm seçki prosesi dövründə, həm də səsvermə günü mühüm məsuliyyət düşür. Media subyektləri və jurnalistlər seçki prosesindəki fəaliyyətlərində Mətbuat Şurasının tövsiyələrinə, Mərkəzi Seçki Komissiyasının təlimatlarına, eyni zamanda, həm yerli qanunvericilikdə, həm də beynəlxalq sənədlərdə öz əksini tapmış müddəalara əsaslanmalı və buna uyğun şəkildə davranmalıdırlar. Seçki prosesinin taleyüklülüyü və ciddiliyi nəzərə alınmalı, məsələlərə peşəkar yanaşma sərgilənməlidir.
- Budəfəki parlament seçkiləri həm də bir sıra xüsusiyyətlərinə görə əvvəlki seçkilərdən fərqlənir...
- Bu günlərdə Mərkəzi Seçki Komissiyasının, Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Mətbuat Şurasının birgə təşkilatçılığı Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar media subyektlərinin nümayəndələri üçün müşavirə təşkil olundu. Həmin tədbirdə mətbuatın seçki dövründə davranışı, təbliğat prosesindəki rolu haqda maraqlı fikirlər səsləndirildi. Mən də öz çıxışımda media subyektlərinin və Mətbuat Şurasının seçki prosesindəki rolu barədə fikirlərimi bölüşdüm. Bəli, bu seçkilər bir sıra məqamları ilə əlamətdardır. Müstəqillik tariximizdə ilk dəfədir ki, parlament seçkiləri Azərbaycanın tam suverenliyi, ərazilərimizin işğaldan azad edilməsi şəraitində baş tutur. İşğaldan azad edilmiş ərazilərdə seçicilərin səsverməsi üçün şərait yaradılıb. Artıq həmin regionlarda onlarla daimi seçki məntəqəsi fəaliyyət göstərir.
Lazım olacağı təqdirdə müvəqqəti seçki məntəqələrinin də açılması nəzərdə tutulur. MSK-nın media subyektləri ilə əlaqələrini də qənaətbəxş saymaq olar. Mütəmadi olaraq mətbuat konfransları keçirilir, ictimaiyyətə açıqlamalar verilir. Eyni zamanda, media subyektlərinin nümayəndələri üçün yaddaş kitabçaları hazırlanıb ki, o da yol xəritəsi kimi vacib məsələdir.
- Hazırda seçki prosesinin ən həssas dövrü sayılan təşviqat mərhələsidir. Milli Məclis üzvlüyünə namizədliyi irəli sürülən şəxslərin təşviqat kampaniyasında medianın rolunu necə dəyərləndirərdiniz?
- Bəli, vurğuladığınız kimi, hazırda seçki prosesi həm ən diqqətçəkən, həm də ən həssas mərhələsini - təşviqat kampaniyası dövrünü yaşayır. Maraqlıdır ki, hazırda Milli Məclis üzvlüyünə namizədlərin öz təşviqatlarını daha çox sosial şəbəkələrdə qurması müşahidə edilir. Namizədlər təşviqat kampaniyası ilə bağlı məlumatları daha çox sosial şəbəkələr vasitəsilə yayırlar. Amma çox istərdim ki, həmin namizədlər – onların bir qismi gələcəyin deputatlarıdır - öz təbliğat kampaniyalarını daha çox ödənişli əsaslarla media subyektlərində qursunlar. Bu istiqamətdə inkişaf edəcək əməkdaşlıq gələcəkdə millət vəkili seçilmiş insanlar üçün də ən səmərəli təbliğat vasitələrindən birinə çevriləcək.
- Mətbuat Şurasının həm seçki prosesi dövründə, həm də səsvermə günündə fəaliyyəti haqda nə deyərdiniz?
- Mətbuat Şurası olaraq proseslə əlaqədar iki ənənəvi xətti əsas götürürük. Birincisi, seçki kampaniyası dövrünün diqqətdə saxlanılması, ikincisi isə seçki gününə hesablanmış fəaliyyətdir. Şura birinci istiqamət üzrə ölkənin müntəzəm yayımlanan media subyektlərinin materiallarına diqqət yetirməkdədir, mütəmadi monitorinqlər həyata keçirilir. Bu mənada sosial şəbəkələrə də nəzər salmaq şərtdir. Bəzən görürük ki, ayrı-ayrı sosial şəbəkə profillərində yayımlanmış fikirlər və ya məlumatlar media və jurnalistlər üçün xəbərə çevrilir.
Media bu bilgiləri nə dərəcədə dəqiqləşdirir - bu olduqca vacib bir məsələdir. Jurnalistlər “qara piar” aparmamalı, alətə çevrilməməlidirlər. Bilavasitə seçki günü ilə bağlı fəaliyyətə gəldikdə, Səsvermə günü – sentyabrın 1-də Şurada “Qaynar xətt” fəaliyyət göstərəcək. Bu ənənə 2005-ci ildən davam edir.
Seçki prosesini işıqlandıracaq jurnalistlər ortaya çıxa biləcək hər hansı bir məsələ ilə bağlı həmin nömrələrlə əlaqə saxlaya biləcəklər. "Qaynar xətt”lə bağlı 3 saatdan bir hesabat verilməsi nəzərdə tutulur və sonda yekun nəticə bildiriləcək. Eyni zamanda, seçki günü Mətbuat Şurası İdarə Heyətinin üzvləri müxtəlif seçki məntəqələrində olurlar, müşahidə aparırlar və buna əsasən də sonda fikir bildirirlər. Ölkəmiz üçün ən əhəmiyyətli tarixi məqam sayılan ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası fonunda baş tutacaq Milli Məclisə seçkilər münasibətilə Azərbaycan xalqını təbrik edirəm, seçkilərdə namizəd kimi iştirak edən şəxslərə uğurlar arzulayıram. Arzu edirəm ki, bütün deputatlığa namizədlər təmkinli, etik sərhədləri aşmadan davransınlar və sonda ən layiqli namizədlər parlament üzvü olmaq hüququ əldə etsinlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi