Zahid Oruc şəhid Vüsal Rzayevin ailəsi və yaşadığı binanın sakinləri ilə görüşdü - FOTOLAR
16-08-2024 [09:46]
1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Orucun seçki təbliğatı və təşviqatı davam edir.
Mia.az-ın məlumatına görə, növbəti görüş Vətən müharibəsində həyatını torpaqlarımız uğrunda verən Vüsal Rzayevin ailəsinin ziyarəti, o cümlədən, şəhidimizin yaşadığı Məhsəti küçəsi 3 a binasının sakinləri ilə olub.
Əvvəlcə bulaq kompleksinə baş çəkildi, ölkəmizin hər yerində qəhrəman oğullarımızın adının dövlətimiz tərəfindən müxtəlif abidə və digər yaradıcı vasitələrlə əbədiləşdirilməsi həm tarixilik, həm də gələcək nəsillərin mənəvi tərbiyəsi baxımından əhəmiyyətli addım kimi dəyərləndirildi. Şəhidin valideyni Tofiq Rzayev oğlunun şərəfli döyüş yolundan danışdı, 27 sentyabrda savaş başlayan kimi könüllü müharibəyə yola düşən və 14 oktyabr 2020-ci il Füzuli uğrunda ağır qanlı əməliyyatlarda bir neçə dəfə mühasirəni yarıb düşmənə zərbə vuran, qəhrəmanlıq göstərsələr də son hücumda silahdaşları ilə birgə əbədiyyətə qovuşan oğlundan qürurla danışdı. O qeyd etdi ki, ötən 4 ildə müvafiq yerli hakimiyyət orqanları, o cümlədən hökumət qurumları şəhidin ailəsinə ehtiram göstəriblər, mənzillə təmin ediblər, ona hər zaman qayğıkeş münasibətlərini əsirgəməyiblər. Tofiq Rzayev ilk dəfə Milli Məclis seçkilərində bir namizədin onların məhəlləsini ziyarət etməsini yüksək qiymətləndirdiyini dedi, şəhidimizə ehtirama görə Zahid Oruca minnətdarlıq etdi və yaşadıqları küçəyə şəhidin adının verilməsi üçün kömək göstərilməsini xahiş etdi.
Daha sonra bina sakinlərilə səmimi şəraitdə görüş keçirildi. Əvvəlcə namizədin vəkilləri elmlər doktoru Əfqan Vəliyev, poltoloqlar İlyas Hüseynov və Tural İsmayılov qısa şəkildə belə görüşlərin ilk növbədə, ərazini daha yaxşı tanımaq, uğur və problemlərinə bələd olmaq, hər zaman xalqın içərisində olan bir şəxsin əsil insani və siyasi kimliiyni vətəndaşlarımıza göstərmək məqsədindən irəli gəldiyini vurğuladılar.
Daha sonra çıxış edən Zahid Oruc belə görüşləri böyük salonlardan fərqləndirən başlıca xüsusiyyətləri-qeyri-rəsmiyyəti və problemlərin qaldırılması üçün məhdudiyyətin olmamasını, xalqın təmsilçisi adına iddia edən şəxslərin vətəndaşların ayağına gəlmək öhədiliyinin ifadəsi kimi dəyləndirdi, keçdiyi həyat və siyasi yoldan bəhs etdi. O ötən illərdə ləyaqətlə təmsil etdiyi Bərdə bölgəsində görülən uğurlu işləri xatırladaraq, qarşıdakı dövrdə xətaililərin etimadını qazandıqdan sonra daha böyük iradə ilə onlara xidmət etməyə hazır olduğunu xüsusi vurğuladı.
Namizəd Vətən müharibəsində parlaq qələbədən sonra Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə daha böyük nailiyyətlərin qazanılması üçün hər bir dövlət və hakimiyyət təmsilçisinin məsuliyyətlə çalışmasını, təkcə seçki kampaniyası dövründə deyil, hər zaman millətimizin tələb və müraciətlərinə həssaslıqla yanaşmalarını “Yeni Dövr”ün başlıca çağırışı adlandırdı. Zahid Oruc Xətai rayonunun gələcək inkişafı və əhalini narahat edən məsələlərə dair baxışlarını öz proqramında necə əks etdirdiyini seçicilərə təqdim etdi, nəfis şəkildə hazırladıqları “Xüsusi Buraxılış”ın qısa xülasəsini verdi.
Çıxış edən qocaman alim, dəyərli elmi əsərlərin müəllifi İskəndər Yaqubov Zahid Orucu parlamentin aktiv üzvlərindən biri kimi hər zaman izlədiklərini, ona rəğbətlə yanaşdıqlarını və qarşıdakı seçkilərdə yaxın insanlarla birlikdə ona səs verəcəklərini söylədi. O, namizədin məhəllə görüşlərini “yaxşı nümunə” adlandıraraq, aid olduqları seçki dairəsində yaşayan əhalinin üstünlüyü kimi qeyd etdi.
Daha sonra çıxış edən natiqlər-Vaqif Baxışov, Xanlar İbrahimov, Nuqay Ağayev, Söhbət Vəliyev, Sadıq Məlikov, Nadelya Mahmudova və başqaları çıxış edərək yaşadıqları mənzillərin uzun illər rəsmi mülkiyyət sənədlərini ala bilməmələrindən, eyni zamanda sovet dövründə inşa edilən yaşayış massivlərində bir sıra kommunal və infrastruktur problemlərindən danışdılar, məsələlərin həllində Zahid Orucun onlara kömək göstərməsini xahiş etdilər.
Qaldırılan bütün fərdi və ictimai problemlərə xüsusi diqqət göstəriləcəyini bildirən deputatlığa namizəd müvafiq dövlət orqanları ilə birlikdə müraciətlərin həllinə çalışacağına sakinləri əmin etdi.
Görüşün sonunda Zahid Oruc səmimi söhbət və istiqanlı münasibət üçün sakinlərə dərin təşəkkürünü bildirdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi