Zərdabın icra başçısı "yığımı" gücləndirib - 80 minlik "yeni xərac" qalmaqalı - İDDİA

img

09-07-2014 [13:05]


 Zərdabın icra başçısı Lütfəli Babayev rayonda uşaq baxçasının tikintisi adı altında bütün büdcə təşkilatları və sahibkarlardan pul yığıdırır. 


Verilən məlumatda deyilir ki, bu proses başa çatmamış icra başçısı iki gün öncə daha bir göstəriş verib. 

Məlumatda qeyd olunur ki, Babayev iyulun 7-də gözlənilmədən fövqəladə iclas keçirib. Bu toplantıda da icra başçısı yeni pul yığımı kampaniyasına start verdiyini dilə gətirib. Bütün idarə və müəssisələrə konkret məbləğ təyin edib. Mənbə bildirir: "Hamı çaş-baş qalmışdı. Çünki hələ 15 gün əvvəl tələb edilən məbləği toplaya bilməyiblər. Bunu deyəndə isə icra başçısı bildirib ki, "mal mala qatmasınlar”. Ona görə ki, bu dəfə Zərdaba hərbi orkestr konsert verməyə gələcək. Babayevin sözlərinə görə, onlara 80 min manat verilməsi lazımdır”.

Maraqldır ki, icra başçısı zərdablılarla yanaşı, Azərbaycan ordusunu da ələ salıb. Mənbə iddia edir ki, Lütfəli Babayev iclasda "Orkestr yaxşı yola salınmalıdır ki, Qarabagi tez alaq"-deyə bildirib. Rayon sakinlərinin sözlərinə görə, Babayev xəbərdarlıq edərək deyib ki, iyulun 10-da məzuniyyətə gedəcək və həmin vaxta qədər pulu verməyən idarə və müəssisə rəhbərini ciddi "maliyyə sanksiyası" gözləyir. (jam.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA