MAHMUD ABBAS TÜRKİYƏ PARLAMENTİNDƏ: "Biz dik durmağa davam edəcəyik, Qəzzada başqa dövlət qurula bilməz" - VİDEO
15-08-2024 [16:45]
Bu gün Fələstin prezidenti Mahmud Abbas Türkiyə Böyük Millət Məclisində çıxış edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlarla telekanal tərəfindən canlı yayımlanan çıxışda Mahmud Abbas mühüm mesajlar verib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və deputatlara xitabən deyib: "Hörmətli Türkiyə parlamentinin üzvləri, qardaş türk xalqı, Allahın rəhməti üzərinizə olsun. Mən sizə müqəddəs Fələstindən, Qüdsdən böyük ağrılar yaşayan xalqımın mesajı ilə gəlmişəm. Mən 1948-ci ildən böyük fəlakət yaşayan xalqımın burada mesajını verirəm. Beynəlxalq ədalətdən məhrum olan xalqım öz torpağından, vətənindən, müqəddəs şeylərindən, dəyişməz milli haqlarından yapışaraq işğalçı İsrailin cinayətlərinə qarşı böyük mübarizə aparır. Biz inanırıq ki, bir gün Allah milli mübarizəmizə qələbə və azadlıq tacını qoyacaq, yaşadığımız bu bəlalar bitəcək.
Sözümü on minlərlə şəhidə rəhmətlə başlamaq istərdim. İsrailin hücumları, qətlləri və soyqırımı nəticəsində Qəzzada, İordan çayının qərb sahilində və Qüdsdə şəhid olanların xatirəsini yad etməklə başlamaq istərdim. Bunlardan sonuncusu lider İsmayıl Haniyəyə qarşı törədilən cinayət olub. İndi sizi əziz qardaşlarım İsmayıl Haniyə və Fələstin şəhidlərinin ruhuna Fatihə oxumağa dəvət edirəm.
Xalqımızın haqq işini müdafiə etdiklərinə görə bu Parlamentin çətiri altına toplaşan bütün deputatları salamlayıram. Bilirəm ki, bu məsələ sizin diqqət mərkəzindədir və siz bu parlamentdə müzakirə etmisiniz. Siz Fələstin xalqına qarşı törədilən tarixi ədalətsizliyə, qırğınlara, hərbi cinayətlərə və soyqırıma qarşı bu fələstinlilərin yanındasınız. Allah xatirinə soruşuram ki, işğalçı İsrail dövlətinin Qəzzada qaçqın düşərgələrində hər gün həyata keçirdiyi qırğınlara, xüsusilə bir neçə gün əvvəl yüzdən çox şəhid verən məktəb qətliamına beynəlxalq ictimaiyyət necə səssiz qala bilər?
Biz Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında aparıcı rolunu yüksək qiymətləndiririk. Cəsarətli və prinsipial münasibətinə görə onu minnnətdarıq. Digər tərəfdən, İsrailin xalqımıza, torpağımıza, müqəddəs məkanımıza qarşı cinayətlərini rədd edən və pisləyən mövqeyinə görə Türkiyənin bütün siyasi partiyalarını və qeyri-hökumət təşkilatlarını təşəkkür edirəm...".
Mahmud abbas deyib ki, İsrailin Qəzzada, İordan çayının qərb sahilində və Qüdsdə həyata keçirdiyi soyqırımın əsas məqsədi Fələstin varlığını itirməkdir: "Onlar 1948 və 1967-ci illərdəki faciəni yenidən yaşamaq istəyirlər. Nə etsələr də, bu, heç vaxt baş verməyəcək. Xalqımız öz torpağına, müqəddəsliyinə, vətəninə sadiqdir, nəyin bahasına olursa olsun qəsbkarları, işğalçıları oradan qovacaq. Oktyabrın 7-dən bəri 40 min fələstinli qadın və uşaq şəhid olub. 10 min itkin, 80 min yaralı var. İordan çayının qərb sahilində də 10 min şəhid var. Lakin buna baxmayaraq, biz dik durmağa davam edəcəyik, torpağımızı tərk etməyəcəyik. Qəzza Fələstin Dövlətinin ayrılmaz hissəsidir. Qəzzada başqa dövlət yarana bilməz, Qəzzasız Fələstin dövləti ola bilməz. Xalqımız sınmayacaq, təslim olmayacaq. Qəzzanı yenidən quracağıq".
Firudin Səfərli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi