Bakıda lift xaosu: 70 ailəni gözləyən faciə və iki nazirliyin biganəliyi - FOTO
15-08-2024 [13:52]
Nizami rayonu, Əli Vəliyev küçəsi, bina 5 ünvanda yaşayan yüzlərlə vətəndaşın təhlükəsizliyinə təhdid yaradan bir liftin məsuliyyətini boynuna alan bir dövlət qurumu yoxdur.
Yeni qohum olduğumuz ailə Nizami rayonu, Əli Vəliyev küçəsi, bina 5 ünvanda 7-ci mərtəbədə yaşayır. Bina təxminən ötən əsrin 70-ci illərində tikilib və Müdafiə Nazirliyinin balansındadır. Binanın bu günkü sakinlərininin isə indi Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Vaxtilə burda yaşamış hərbçilər mənzillərini mülki şəxslərə satıblar. Və indi həmin binanın liftləri qəza durumundadır!
Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının qanununa əsasən bütün növ liftlər (istər yük lifti olsun istərsə də sərnişin lifti) təhükə potensiallı obyekt kimi FHN-nin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti (SİTGDMN) Dövlət Agentliyinin qeydiyyatındadır, üstəlik, bilavasitə ciddi nəzarəti altında istismar edilə bilər. Bu qurğulara xidmət “Liftlərin təmiri və təhlükəsiz istismarı haqqında qaydalar” ilə tənzimlənir.
Qaydalara əsasən, liftlərin təmiri ilə yalnız və yalnız ixtisaslaşmış xüsusi təşkilatlar məşğul olmalıdır. Həmin qurğular ildə bir dəfə və bütün təmir işlərində sonra tam texniki sınaqdan keçməlidir. Haqqında danışılan qaydaların düzgün yerinə yetirilməsinə isə bilavasitə liftin sahibi cavabdehlik daşıyır. İndiki halda qaydaların yerinə yetirilməsinə nəzarət FHN-nin SİTGDMN Dövlət Agentliyindədir. Liftlərin cari təmirini həyata keçirməli olan isə Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyidir. Lakin adı çəkilən qurum məlum binanın yerləşdiyi ünvanı eşidən kimi sözümüzü ağzımızda qoyur: "Bina Müdafiə Nazirliyinin balansındadır, bizlik deyil!" Müdafiə Nazirliyi isə deyir ki, "orda hərbçi qalıb ki?" Adamdan soruşarlar: cənablar, orda hərbçi yoxdursa, bu binanı Müdafiə Nazirliyini balansında niyə saxlayırsınız? Binanın günahsız sakinləri ilə düşmənçiliyiniz nədir? Binanı çıxardın o xeyirsiz balansınızdan, imkan verin insanlar başının çarəsini tapsınlar!
Bina sakinləri 31 nəfərin imzası ilə Fövqəladə Hallar naziri Kamaləddin Heydərova, Müdafiə naziri Zakir Həsənova müraciərt etsələr də heç bir reaksiya yoxdur! FHN-nin qaynar xəttinə şəxsən özüm məlumat vermişəm. Müraciətim qeydiyyata da alınıb! Lakin nəticə sıfır! İnsanlar məcbur olub ölkə başçısına müraciət ediblər.
70 ailənin gözləyən faciə ilə bağlı binanın 15-20 metrlik qonşuluğunda yerləşən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatına da məlumat verilib, kömək istənilib. Təşkilatın sədri Ramil Vəlibəyov sağ olsun, sakinlərin probleminə bir qədər isti yanaşıb, canıyananlıq göstərib. Görək, bu müraciətin sonu nə ilə nəticələnəcək....
Bir-iki gün əvvəl kimlərsə gəlib liftin kir-pasağına bir az əl gəzdirib gediblər. Kimdir bu insanlar? Hansı idarədən gəliblər? Məlum deyil. Həmin naməlum adamların bu cür gözdən pərdə asan “təmir” işləri sakinləri arxayın sala, nəticədə əsas problemi həll olunmamış qalan liftlərdə hər an faciə baş verə bilər.
Lift şaxta boyunca hərəkət etdikdə qapılar yarımçıq bağlanır. Bir dəfə mən özüm liftə ayaq qoymaq istəyəndə qapılar açıq vəziyyətdə lift getdi. Soyuq tər basdı məni! O gündən qızıma və kürəkənimə tapşırdım ki, liftdən istifadə etməsinlər. Bunlar cavandırlar, birtəhər 7-ci mərtəbəyə qalxıb-düşürlər. Bəs 8-ci, 9-cu mərtəbədə yaşayan yaşlı, xəstə, əli uşaqlı sakinlər neynəsin?!
Və nəhayət: doğrudanmı, potensial faciə ilə üz-üzə qalan 70 ailənin səsini eşidən bir qurum tapılmayacaq?
Allahyar Eyyuboğlu
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi