Metroda yenə problem yaranıb

img

09-07-2014 [12:45]


Bu gün səhər Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb. Bu barədə sərnişinlərdən biri Lent.az-a bildirib.

Belə ki, sərnişinlər səhər saat 9.00 radələrində "Dərnəgül” stansiyasından "Həzi Aslanov” stansiyasına hərəkət edən qatarı 20 dəqiqəyə yaxın gözləməli olublar.

Həmin saatda insanların işə getməsini nəzərə alsaq, 20 dəqiqə gecikmə stansiyalarda sərnişin sıxlığı ilə nəticələnib.
"Bakı Metropoliteni” QSC-dən də məsələyə münasibət bildiriblər. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Lent.az-a bildirib ki, bu gün səhər saatlarında metroda heç bir hadisə baş verməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA