Cavanşir Feyziyevin böyük qorxusu: London məhkəməsinin qərarı haqda yazılanlar niyə pozulur?
14-08-2024 [23:09]
entyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək sabiq deputatlardan biri də Cananşir Feyziyevdir.
Bu dəfə də 115 saylı Şəki kənd ikinci seçki dairəsindən namizədliyini verən C.Feyziyevin sosial mediadakı kampaniyasında maraqlı hallar yaşanır. Daha doğrusu, onun feyzbuk hesabında paylaşdığı təbliğat materiallarının altında seçiciləri maraqlı rəylər yazır, həssas məsələlərə toxunurlar. Maraqlıdır ki, deputatın statusuna yüzlərlə rəy yazılır. Etiraf etməliyik ki, bu rəylərin əksəriyyəti ona dəstək ifadə edir. Məsələnin diqqətçəkən tərəfi ondan ibarətdir ki, C.Feyziyev daha çox bir deputat kimi yox, məhz xeyriyyəçi kimi təriflənir. Rəy yazanlar onun kasıb, imkansız ailələrə maddi dəstək olduğunu, tələbələrin təhsil haqlarını ödədiyini, kasıblara ərzaq yardımları etdiyini və s. yazırlar.
Bir sözlə, bütün təqdirlər C.Feyziyevin məhz xeyriyyəçilik fəaliyyətinə görə səslənir. Onun deputatlıq fəaliyyəti dövründə vətəndaşların, seçicilərin rifahının yüksəldilməsi istiqamətində etdiyi hansısa təklifdən, ölkənin ictimai-siyasi həyatında gördüyü hansısa əhəmiyyətli bir işdən danışan yoxdur. Bu isə onu deməyə əsas verir ki, C.Feyziyev insanların səsini pulla alır. Bəs bu qədər pul bir deputatda haradandır? Bu barədə geniş yazmağa ehtiyac yoxdur, hər kəs C.Feyziyevin çoxşaxəli biznesinin olduğunu bilir.Sosial şəbəkələrdə diqqətimizi çəkən başqa bir məqama toxunacağıq. Bu, C.Feyziyevin yaralı yeri olan London hadisələridir. Diqqətli oxucular xatırlayarlar, ötən il London məhkəməsi deputatın ailəsinə məxsus olduğu bildirilən 63 milyon dollarlıq əmlakına həbs qoydu.
Bura Cavanşir Feyziyev və onun həyat yoldaşının "qanunsuz davranışdan əldə edilən gəlirlər" hesabına satın almaqda şübhəli bilinən 22 mülk daxil idi. Həmin yazı iləBURADAN tanış ola bilərsiniz. Maraqlıdır ki, Feyziyev, yaxud onun səhifəsini idarə edən şəxs bu məsələ haqda yazılan rəyləri pozurlar. Lakin diqqətli oxucularımız həmin rəyləri skrin edərək redaksiyamıza yollayıblar. Görünür, seçicilər də deputatın nəhayət əsl üzünün görünməsini, xalqın aldanmamasını istəyirlər./AFN.az
Demokrat.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi