14 saylı Şəki şəhər seçki dairəsində nə baş verir? - Namizəd elə şeylər açıqladı ki...
14-08-2024 [13:57]
1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində gündəmə gələn seçki dairələrindən biri 114 saylı Şəki şəhər seçki dairəsidir.
Mia.az xəbər verir ki, dairədə VI çağırış Milli Məclisin deputatı Vüqar İskəndərovun əsas rəqibləri Müsavat Partiyasının təmsilçisi Tahir Səfərov, REAL Partiyanın təmsilçisi Razim Rzayev və keçmiş müsavatçı, hazırda bitərəf Adil Qeybulladır.
Dairədə gedən hazırkı prosesləri öyrənmək üçün Pravda.az-ın əməkdaşı Müsavat Partiyasının namizədi Tahir Səfərovla əlaqə saxlayıb.
T.Səfərov deyib ki, ona hakim partiyanın təmsilçisi Vüqar İskəndərovla ortaq dostları namizədliyini geri götürməsi ilə bağlı zəng edirlər: “Rahat şəkildə təşviqatımızı aparırıq. Hərdən bəzi məntəqələrin savadı olmayan nümayəndələri posterləri yapışdırmaq üçün müdirdən icazə istəyirlər. Bunu problem saymıram. Qapı-qapı gəzib şəxsən özüm imza toplamışam. Təzyiqlər yuxarı səviyyədə deyil. Hansısa icra strukturu, yaxud dairədən, güc orqanlarından yox, Vüqar İskəndərovla ortaq dostlar tərəfindən zənglər olur ki, namizədliyini geri götür. Yəni fərdi şəkildə deyirlər. Onlara əhəmiyyət verməmişəm. Fərd şəklində mən də deyə bilərəm. Anladıqları budur. Mən uzun müddət idarəetmə orqanlarında işləmişəm, sonradan təqaüdə çıxmışam. Birinci Qarabağ və Vətən müharibəsində Şəkinin bütün şəhidlərinin nəşini mən gətirmişəm. Öz oğlum da müharibə veteranıdır. İndi mülki həyatda olsam da, ictimai-siyasi həyatda aktivəm. Müsavatın sıravi üzvüyəm. 65 yaşım var. Şükür Allaha ki, seçkilərə cəhd etdim. Son nəticədən asılı olmayaraq sakinlər tərəfindən sevildiyimi gördüm. Əgər mənə qarşı həddini aşan ciddi qanun pozuntusu olsa, tapşırmışam ki, sosial şəbəkələrdə işıqlandırılsın. Son nəticədən ehtiyatlanıram, çünki məntəqələrə təyin etmək üçün o qədər də qüvvə yoxdur. Gənclər də bizim dövrümüzdəki kimi aktiv deyillər”.
T.Səfərli rəqibi Vüqar İskəndərovun təşviqat üçün keçirilən görüşlərinə Şəki Mərkəzi Xəstəxanasının kollektivinin məcburi şəkildə aparılması barədə məlumatlara da münasibət bildirib: “Mən ümumi fikir bildirdim ki, qapalı şəraitdə 500 nəfərlik yeri doldurası qüvvəm, imkanım yoxdur. Sosial şəbəkədə “Vüqar İskəndərov” yazın, baxın. Görəcəksiniz ki, görüşlər eyni formatdadır, müəllimlər, həkimlərdir. Zorla 50-500 adamı yığıb görünüşcə gözəl, lakin keyfiyyətsiz görüş keçirməkdənsə, az sayda adamla, küçədə, orda-burda görüşmək daha yaxşıdır. Mənim də aldığım məlumatlara görə, Vüqar İskəndərovun görüşünə gedənlər kütləvi şəkildə idarə, təşkilat, hansısa müəssisə işçiləridir. Onsuz da, indi yay ayında zalın o cür dolmasının özü nəyisə deyir. Mən o iclaslarda iştirak etməmişəm, heç nümayəndəm də olmayıb. Sadəcə, iştirakçılar belə deyirlər. İskəndərovun dünənki paylaşımlarına da baxın, zalda oturanları görəcəksiniz. Görünən dağa nə bələdçi?”
O bildirib ki, rəqibi Adil Qeybulla çox səbirli davranır: “Adil müəllim hazırda bitərəfdir. Onunla görüşürük, birlikdə məşvərət edirik. Adil Qeybulla ağıllı adamdır. Ağıllı adamdan məsləhət almaq daha yaxşıdır. Başqa alternativ namizəd REAL-dan Razim Rzayevdir. Digərləri isə hiss olunur, iddiası olmayanlardır. İddiası olanlar Vüqar İskəndərov, Adil Qeybulla, Razim Rzayev və bəndənizdir. Mən rəqibimdən çəkinmirəm”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi