Azərbaycanda əlil uşaqların sayı azalıb

img

09-07-2014 [12:24]


Cari ilin 6 ayı ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-sosial ekspert komissiyaları tərəfindən təkrar olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz azalaraq 11085 nəfər təşkil edib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Eyni zamanda, qeyd olunan dövrdə əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi 2,9 faizdən 3,7 faizə, hissəvi reabilitasiya göstəricisi isə 0,7 faizdən 2,7 faizə yüksəlib.

ƏƏSMN-nin ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Son 6 ayda həmin bərpa-müalicə müəssisələrində ümumilikdə 3608 nəfərə bərpa-müalicə xidməti göstərilib ki, onların 596 nəfərini sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar təşkil edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA