Zelenski Baş qərargah rəisi ilə bir arada: "Rusiyanın 74 yaşayış məntəqəsi nəzarətimizdədir" - Rusiyadan ard-arda təhdidlər gəldi
14-08-2024 [00:23]
"Rusiyanın Kursk vilayətində 74 yaşayış məntəqəsi bizim nəzarətimizdədir".
Mia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski cəbhə xəttindəki vəziyyətlə bağlı Baş Qərargah rəisi Aleksandr Sirski ilə videoformat çərçivəsində görüşdə deyib.
Ukrayna ordusunun Kursk bölgəsində irəlilədiyini bildirən Zelenskinin sözlərinə görə, hazırda bölgədə möhkəmlənmə işləri görülür: "Bu yerlərdə lazımi tədbirlər görülür. Burada humanitar yardım problemlərinin həlli yolları hazırlanır".
Baş Qərargah rəisi Sırski Kurskda cəbhə xəttində toqquşmaların davam etdiyi haqda ölkə başçısına məruzə edib: "Son 24 saat ərzində qoşunlarımız müəyyən istiqamətlərdə 1 kilometrdən 3 kilometrə qədər irəliləyib".
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə isə son 24 saatda ukraynalı hərbçilərə ağır zərbə vurulub: "Ukrayna ordusu son 24 saatda 420-yə yaxın əsgər və 55 zirehli texnika itirib. Ukrayna ordusunun avqustun 6-dan etibarən Kursk istiqamətində 2030 əsgəri öldürülüb. Bununla yanaşı, düşmənin 35 tankı, 31 zirehli transportyoru, 18 piyada döyüş maşını, 179 zirehli texnikası sıradan çıxarılıb".
Kursk vilayəti qubernatorunun müavini Aleksey Smirnov Telegram kanalında bölgədə böhranın davam etdiyini bildirib: "Səbirli olmaq lazımdır. Qarşılaşdığımız çətinliklərin öhdəsindən gələcəyik. Rusiyanın digər regionları da Kurska humanitar yardım göndərir".
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də Kursk vilayətinə humanitar yardımın göstərilməsi ilə bağlı sədrlik etdiyi Vahid Rusiya Partiyasının üzvləri ilə görüş keçirib.
İclasda çıxış edən Medvedev Ukraynanın Kursk bölgəsinə edilən hücumu "terror aktı" sayıb: "Onlar etdiklərinə görə mütləq cəzalarını alacaqlar".
Lamiyə Əhmədli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi