Gömrük rəisinin qardaşı DİN-dən qovuldu, polis rəisinə şiddətli töhmət verildi

img

09-07-2014 [00:10]


Tovuz Gömrük İdarəsinin keçmiş rəisi, hazırda Sumqayıt Gömrük İdarəsində rəis işləyən Vəzir Həsənovun qardaşı Tahir Həsənov DİN-dən xaric olunub.

Mia.az Qafqaznews.az-a istinadən xəbər verir ki, Gəncə sakininin müraciəti əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Gəncə şəhərində keçirdiyi əməliyyat tədbirlərindən sonra nazirliyin Daxili Təhqiqatlar İdarəsi də Gəncə ŞBPİ-də yoxlama aparıb: "Nəticədə Gəncə ŞBPİ-nin rəisi polis polkovniki Faiq Şabanova şiddətli töhmət verilib, Nizami RPİ-in rəisi isə xidmətə yararsız sayılıb. Və bundan sonra  Nizami RPİ-in bölmə rəisi Tahir Həsənov DİN-dən xaric olunub".

Mia.az onu da xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə Gəncə Şəhər Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polis polkovnik-leytenantı Müqalib Abdiyev həmin idarinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Kamandar Həsənov bu ilin mart ayında təqaüd yaşı ilə əlaqədar vəzifəsindən azad edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA