İlham Əliyev Hafiz Paşayevin vəzifə yerini dəyişdi - Təyinat

img

08-07-2014 [22:28]


Prezident İlham Əliyev bu gün yeni rektor təyinatı haqda da sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncamla Hafiz Mir Cəlal oğlu Paşayev "ADA” Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, "ADA” Universiteti - Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin əsasında yaradılıb.

Universitet ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil prоqramlarını həyata keçirilməsi və fundamental və tətbiqi elmi tədqiqatlar aparılması məqsədi ilə yaradılıb.

Hafiz Paşayev bundan əvvəl Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA