İlham Əliyev fərman verdi, iki nazir vəzifə aldı

img

08-07-2014 [22:08]


Preizdent İlham Əliyev bu gün Fərman imzalayıb.

Mia.az xəbər verir ki, yeni fərman "ADA” Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında olub.

Fərmanla "ADA” Universitetinin Nizamnaməsi” təsdiq edilib. Təsdiqə görə "ADA” Universitetinin Nizamnaməsinə əsasən, Universitetin ali məşvərətçi orqanı Universitetin Qəyyumlar Şurasıdır. Qəyyumlar Şurası Universitetin strateji fəaliyyəti və onun istiqamətləri barədə məsləhətlər verir. Qəyyumlar Şurasının tərkibi 9 nəfərdən az olmamaqla müəyyənləşdirilir.

Qəyyumlar Şurası daimi və seçilən üzvlərdən ibarətdir. Azərbaycan Respublikasının xarici işlər naziri (indiki halda Elmar Məmmədyarov), Azərbaycan Respublikasının təhsil naziri (indiki halda Mikayıl Cabbarov) və Universitetin Rektoru Qəyyumlar Şurasının daimi üzvləridir. Qəyyumlar Şurasının digər üzvləri onun illik iclasında 2 il müddətinə seçilir. Qəyyumlar Şurasının səlahiyyətləri, fəaliyyət istiqamətləri və fəaliyyətinin təşkili qaydası onun iclasında qəbul olunmuş və Rektor tərəfindən təsdiq edilmiş "Universitetin Qəyyumlar Şurası haqqında Əsasnamə” ilə müəyyən olunur.

Qəyyumlar Şurası Universitetin strateji inkişaf istiqamətlərinə dair təkliflər verir, Universitetə əlavə maliyyə vəsaitinin cəlb olunmasına və onun maddi-texniki bazasının təkmilləşdirilməsinə dəstək verir. Hımçinin, Şura Universitetin daimi maliyyə fondunda toplanmış vəsaitin sərmayə kimi yatırılması və əlavə gəlir əldə edilməsi ilə bağlı təkliflər verir, Universitetin illik büdcəsi və onun icrası, Universitetin fəaliyyəti, əmlakından istifadə olunması və Universitetin illik audit nəticələrinə dair Rektorun hesabatlarını dinləyir;

Universitetin fəaliyyətinə rəhbərliyi isə rektor həyata keçirir.

Rektor Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA