"Nobel"çi keçid hökumətinin başçısı təyin olunub - "Ksasıbların dostu" kimdir?
07-08-2024 [12:37]
Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus Banqladeşdə hökumət əleyhinə etirazlardan sonra ölkədən qaçan baş nazir Şeyx Hasina Vacidi əvəzləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, yeni yaradılan keçid hökumətinin başçısı təyin edilib.
“Dhaka Tribune” qəzetinin məlumatına görə, Banqladeş Prezidenti Məhəmməd Şahabuddin və etirazçı kütlənin liderləri arasında keçirilən görüş nəticəsində Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusa belə etimad göstərilib.
Məlumata görə, keçid hökumətinin qalan üzvləri müxtəlif siyasi partiyalarla məsləhətləşmələrdən sonra müəyyənləşəcək.
Xatırladaq ki, tələbələrin rəhbərlik etdiyi etirazlar 1971-ci ildə Banqladeşdə Müstəqillik Müharibəsində iştirak etmiş şəxslərin övladlarına dövlət kvotalarının ayrılması qərarından sonra iyulun ortalarından güclənib.
Nümayişlərdəki zorakılıqlara görə məsuliyyət daşıyan Camaatı İslam Partiyası və onun tələbə qanadının fəaliyyəti qadağan edildikdən sonra küçələrə çıxan etirazçılarla hökumət qüvvələr arasında toqquşmalar artıb. Nəticədə ölkə yanğln yerinə dönüb, yüzılərlə insan pölüb, yaralananlar var, minlərlə insan saxlanılıb.
İğtişaşlardan qorxan baş nazir Şeyx Hasina helikopterlə Hindistana qaçıb, nümayişçilər isə Baş nazirin rəsmi iqamətgahına basqın edərək ələ keçirblər.
Bundan sonra siyasi partiya nümayəndələri ilə görüşən Banqladeş ordusunun komandanı general Vaker-Uz-Zaman Hasinanın istefa verdiyini və keçid hökumətinin qurulacağını açıqlayıb.
Tələbə etirazlarının koordinatorlarından biri olan Nahid İslam ölkədə qurulması planlaşdırılan keçid hökumətinə Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun rəhbərlik etməsini istədiklərini açıqlamışdı.
Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun beyin mərkəzi olan “Yunus Mərkəzi”nin icraçı direktoru Lamiyə Morşed BBC-yə deyib ki, alim tələbələrin müraciətlərinə müsbət cavab verib.
Bəs, Nobel mükafatı laureatı Məhəmməd Yunus kimdir?
Hasinanın uzun müddətdir rəqibi hesab etdiyi 84 yaşlı Məhəmməd Yunus “kasıbların bankiri” kimi tanınır.
Banqladeşdə çoxsaylı maliyyə ittihamları ilə mühakimə olunan Nobel mükafatı laureatı Yunus haqqında Şeyx Hasina ilə soyuq münasibətlərinə görə hədəfə alındığına dair bir çox iddialar var.
Aralarında ABŞ-ın keçmiş prezidenti Barak Obama, Birləşmiş Millətlər Təşkilatının keçmiş baş katibi Pan Gi Mun və bir çox digər məşhur adların da olduğu bir qrup Şeyx Hasinaya məktub göndərərək, Yunusa qarşı məhkəmə prosesinin dayandırılmasını istəyib.
Məhəmməd Yunus 2006-cı ildə təsis etdiyi "Grameen Bankı"na və qabaqcıl işlərinə görə Nobel Sülh Mükafatına layiq görülüb.
Firudin Səfərli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi