İran-İsrail gərginliyi artır – Azərbaycan hansı addımı atacaq? (TƏHLİL)
06-08-2024 [15:59]
İranla İsrail arasında gərginlik getdikcə artır. Tərəflər müharibə ərəfəsindədirlər. İran Hərbi Hava Qüvvələri zərbə aviasiyasını, İsrail tərəfi isə hava hücumundan müdafiə sistemlərini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
İran-İsrail gərginliyinin artan templə davam etdiyi bir zamanda region ölkələri məsələyə mövqelərini bildirirlər. Belə ki, Misir bu gərginlik fonunda tərəfsiz olduğunu açıqlayıb, həm Tehrana, həm də Təl-Əvivə xəbərdarlıq edib. Mümkündür ki, bənzər yanaşmanı Səudiyyə Ərəbistanı və İordaniya da açıqlayacaq. İndiki məqamda əsas sual budur: Azərbaycanın mövqeyi necə olacaq?
Rəsmi Bakı ehtimal İran-İsrail müharibəsi və ya toqquşması halında bitərəf qalacaq. Hava və quru sərhədini hər iki ölkəyə bağlaması da istisna deyil.
İsrail Azərbaycanın strateji, hərbi-iqtisadi tərəfdaşıdır. İki ölkə arasında yüksək səviyyədə əlaqələr var. Amma bu əlaqələr təmənnasız deyil, tərəflərin qarşılıqlı maraqları çərçivəsindədir. Azərbaycanın İsrail-İran gərginliyində tərəfsiz qalması İsrailin də maraqlarına uyğundur. Rəsmi Təl-Əviv Cənubi Qafqazdakı tərəfdaşının İranla gərginlik içərisində olmasını istəmir. Çünki güclü bir Azərbaycan onsuz da İran üçün regionda kifayət qədər ciddi problemdir.
İrana gəldikdə isə Tehran ənənəvi olaraq Bakının Təl-Əvivə dəstək verəcəyini düşünəcək. Hətta bu məqsədlə sərhədə əlavə qüvvələr də cəmləyə bilər. Lakin bunu tədbir üçün edəcək. Yəni o da yaxşı bilir ki, Bakı Tehrana qarşı hər hansı neqativ addım atmaz.
Azərbaycan münaqişələrin dinc və beynəlxalq hüquq çərçivəsində həllindən yanadır. Rəsmi Bakı indiki məqamda tərəfləri uzlaşdırmaq, gərginliyi azaltmaq üçün vasitəçilik missiyasını təqdim edə bilər. Bunun xaricində hər hansı bir tərəfdə dayanması mümkün deyil.
Turan Rzayev
MİA.AZ
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı