08-07-2014 [16:39]
Naxçıvan Muxtar Respublikasında yas məclisi aparan mollaların və məscid axundlarının vahid geyim formasına keçidi ilə bağlı mətbuatda məlumat yayılsa da, çox təəssüflər olsun ki, bəziləri bunu birmənalı qarşılamadılar. Yayılan məlumatda qeyd edilir ki, MR-da fəaliyyət göstərən məsçidlərin axudlarına vahid geyimi çıxmaqla quran və təsbeh pulsuz veriləcək.
Vətəninfonun məlumatla bağlı MR-nın din xadimləri ilə əlaqə saxlayaraq yayılan məlumatın nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək istədi. Əldə etdiyimiz məlumata görə, hələ ötən ildən başlayaraq, MR Ali Məclisinin sədri Vasif Talıbovun göstərişi ilə MR ərazisində mövcud olan məscidlərin axundlarına vahid forma verilməsi tətbiq edilir ki, bu proses də pulsuz həyata keçirilir. Yəni, axundlara ilkin olaraq 1 şalvar, 1 cüt ayaqqabı, köynək və fəs verilir. Payız ayında isə 1 dəst kostyum verilir. Bu ildən başlayaraq isə təkcə məscidlərin axundlarına deyil, eyni zamanda yas mərasimlərini idarə edən dini icmalarda qeydiyyatda olan fatihəxanlara da pulsuz forma paylanılacaq. Artıq bütün dini icmalar MR Dini Komitəsinə qeydiyyatda olan fatihəxanların ümumi siyahısını təqdim edib. Yəni, axundlarla yanaşı fatihəxanlar da pulsuz olaraq forma ilə təmin ediləcəklər. Amma ötən gün yayılan xəbərdə iddia edilirdi ki, güya axundlara və fatihəxanlara təsbeh və Quran da pulsuz veriləcək ki, bu xəbər MR-da fəaliyyət göstərən dindarlar tərəfindən təkzib edildi və bildirildi ki, axundlara və fatihəxanlara yalnız vahid geyim dəsti pulsuz veriləcək.
Quran və təsbehin verilməsi isə ümumiyyətlə gündəmdə olmayıb. Müxbirimizlə söhbətdə dindarlar bildiriblər ki, MR ərazisində yas mərasimində iştirak edən dindarlara 100 manatdan artıq pulun verilməsinin qadağan edilməsi ilə bağlı xəbər isə yalandı. Məlumatda vurğulanır ki, MR ərazisində yas mərasimini idarə edən fatihəxanlar və ya quran oxuyan dindarlar ölü sahibi ilə məclisin aparılması ilə bağlı hansısa şəkildə bazarlıq etmir. Ölü sahibi onun məclisini idarə edən dindara könlündən nə keçərsə, onu verə və ya verməyə bilər. Çünki, Naxçıvanda hüzür məclislərini idarə edən mollalar, fatihəxanlar icmalara bağlı fəaliyyət göstərdiklərindən, onların ölü sahibi ilə məclisin idarə edilməsi yönündə bazarlıq etmələri qadağandı.
Qeyd edək ki, MR din xadimlərinin ayda iki-üç dəfə keçirilən toplantısında alınan qərarlara əsasən MR ərazisində hüzür məclisləri pulsuz həyata keçirilir. Hüzür sahibi əgər özü könüllü olaraq məclisi aparan dindara halallıq almaq məqsədi ilə hansısa hədiyyəni verirsə, bu da könüllülük əsasında olur.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi paytaxt Bakıda və bütövlükdə Azərbaycan ərazilərində hüzür məclislərinin təmtəraqlı keçirilməsinin yolverməz olduğu ilə bağlı dəfələrlə açıqlamalar versə də, yalnız Naxçıvanda MR rəhbərliyinin tapşırılğı ilə hüzur məclisləri təmtaraqdan uzaq keçirilir. Bakıda isə QMİ-nin yerləşdiyi binada belə keçirilən hüzür məclisləri dəbdəbəli toyları xatırladır. Özü də arada bir bu məclislərdə QMİ sədri özü şəxsən iştirak edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi