Banqladeşdə iğtişaşlar böyüyür - Ölkənin qurucu liderinin heykəli də dağıdılıb (FOTOLAR)
06-08-2024 [00:05]
Banqladeşdə davam edən hökumət əleyhinə etirazlar ölkəni "alov fırtınası"na çevirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hədəfinə çevrilən baş nazir Şeyx Hasina vəzifəsindən istefa verərək helikopterlə ölkədən qaçsa da, gərginlik hələ də səngiməyib.
Ordunun müvəqqəti hökumətin qurulacağını elan etsə də, ölkədə iğtişaşlara ara verilməyib.
Məlumata görə, əskinə, ölkədə vəziyyət daha da dramatikləşib.
Yayılan görüntülərə görə, etirazçı kütlə ölkədən qaçan Baş nazir Hasinanın atası, Banqladeşin quruci lideri sayılan Şeyx Mucibur Rəhmanın heykəllərini dağıtmağa başlayıblar.
Xatırladaq ki, Şeyx Banqabandhu Mujibur Rəhman Banqladeşin ilk baş naziri və dövlət başçısı kimi tanınır. 1920-ci il martın 17-də anadan olmuş Mucibur Rəhman 1975-ci il avqustun 15-də hərbi çevriliş nəticəsində devrilərək ailəsi ilə birlikdə öldürülüb.
O, 1949-cu ildə Avami Liqasının qurucuları arasında idi və sonra Liqanın Baş katibi oldu. O, 1955-ci ildə Pakistan Milli Assambleyasına seçilib. 1958-ci ildə hərbi çevrilişlə hakimiyyətə gələn Əyyub xana müqavimət göstərərək xalqın sevgisini qazanıb. 1965-ci ildə o, Şərqi Pakistana muxtariyyət verilməsini nəzərdə tutan altı maddədən ibarət proqram nəşr etdi. O, ölkəni parçalamağa çalışdığı, Əyyub Xanın hakimiyyətinə ictimaiyyətin reaksiyasını daha da artırdığı səbəbi ilə həbs edildi və Mucibur Rəhman 1969-cu ilin fevralında azad edildi.
Ölkə daxilində o vaxt gərginlik yaranıb və bu səbəbdən Əyyub Xan 1969-cu ilin martında istefa verib. BU dəfə onun yerinə Yəhya Xan gəldi.
1970-ci ilin dekabrında keçirilən seçkilərdə Avami Liqası Şərqi Pakistana ayrılan yerlərin demək olar ki, hamısını qazandı və Milli Assambleyada çoxluq qazandı. Mucibur Rəhmanın muxtariyyət tələbinə qarşı barışmaz mövqe tutan Yəhya Xan parlamenti qeyri-müəyyən müddətə bağladı. Bunun üzərinə Mucibur Rəhman Şərqi Pakistanda ümumi tətil elan etdi. Barışıq səyləri uğursuzluğa düçar olduqdan sonra Qərbi Pakistan qoşunları Dəkkəyə daxil oldu və Mucibur Rəhman həbs olundu. Şərqi Pakistanda vətəndaş müharibəsi davam edərkən milyonlarla insan Hindistana sığınıb. Nəhayət, Hindistan əsgərlərinin köməyi ilə Qərbi Pakistan ordusu geri çəkilməyə məcbur oldu...
Prezident olan Zülfikar Əli Bhutto tərəfindən azad edilən Mujibur Rəhman 1972-ci ilin yanvar ayında Banqladeş Dövlətinin ilk Baş naziri oldu. Lakin o, Banqladeşin artan problemlərini həll edə bilmədi və 1975-ci ilin əvvəlində Prezident vəzifəsini tutaraq getdikcə sərt idarəçiliyi həıyatına son verib...
Firudin Səfərli
MİA.AZ


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi