Pakistan səfirliyində Cammu və Kəşmirin xüsusi statusunun ləğvi ilə bağlı tədbir keçirilib
05-08-2024 [17:00]
Pakistanın Azərbaycandakı səfirliyində Cammu və Kəşmirin xüsusi statusunun ləğvi ilə bağlı “İstismar Günü” tədbiri keçirilib.
Tədbir Quran ayəsinin oxunması ilə başlayıb.
Daha sonra Pakistan Prezidenti Asif Əli Zərdarinin tədbir iştirakçılarına müraciəti çatdırılıb. Bildirilib ki, Hindistan Cammu və Kəşmiri qanunsuz şəkildə işğal edib: "BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Cammu və Kəşmir mübahisəsi sülh yolu ilə həll olunmalıdır".
Daha sonra Pakistanın Baş naziri Şahbaz Şərifin mesajı çatdırılaraq beynəlxalq ictimaiyyətə BMT Təhlükəsizlik Şurasının qətnamələrində nəzərdə tutulduğu kimi Kəşmir xalqının istəklərini nəzərə alan həllin təmin edilməsində öz rolunu oynamaqla bağlı çağırış edilib.
Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Qasım Mohiuddin vurğulayıb ki, Hindistan qanunsuz şəkildə Cammu və Kəşmiri işğal edib və insanları təməl hüquqlarından məhrum qoyub. O, Azərbaycan hökumətinə və xalqına da bu məsələdəki mövqeyinə görə təşəkkür edib: "Azərbaycan Qarabağı işğaldan azad etdi. Ümid edirik, tezliklə Kəşmir də işğaldan azad olunacaq".
Tədbirdə Cammu və Kəşmir xalqı ilə həmrəylik ifadə olunaraq onların öz müqəddəratını təyinetmə hüququna sarsılmaz siyasi, mənəvi və diplomatik dəstək bir daha vurğulanıb".
Son olaraq Cammu və Kəşmirlə bağlı qısa film nümayiş etdirilib. Diqqətə çatdırılıb ki, Cammu və Kəşmir hadisələri insan hüquqlarının pozulmasıdır. Bu ərazilərin işğalı nəticəsində mülki şəxslərə qarşı güc tətbiq olunub, insanlar qanunsuz şəkildə həbs edilib, onların ifadə azadlığı məhdudlaşdırılıb. Cammu və Kəşmirdə insan haqlarının getdikcə pisləşən vəziyyətini həll etmək üçün çağırış edilib./Report
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı