Kamran Əsədov seçkidən niyə geri çəkildi? - Açıqlama
05-08-2024 [10:32]
Təhsil üzrəı ekspert, ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov deputatlığa namizədliyini geri götürüb.
Mia.az xəbər verir ki, bu barədə onun özü sosial media hesabında paylaşım edib.
70 saylı Nefçala seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan K.Əsədov belə bir bəyanat yayıb:
"Əziz dostlar, dəyərli neftçalalılar.
Bu gün sizlərlə vacib bir qərarımı paylaşmaq istəyirəm. Uzun müddətli düşüncələr və dəyərləndirmələr nəticəsində öz təşəbbüsümlə 70 saylı Neftçala seçki dairəsindən irəli sürdüyüm deputatlığa namizədliyimi geri çəkmək qərarına gəldim.
Bu qərarı vermək mənim üçün asan olmadı. Qərar qəbul edərkən birmənalı olaraq xalqımızın, dövlətin mənafelərini və gələcəyini ön planda tutdum. Bu müddət ərzində mənə dəstək olan, inanan və yanımda olan hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm. Sizin etimadınız və dəstəyiniz mənim üçün hər zaman ən böyük motivasiya mənbəyi olub. Seçki prosesi mənə çox şey öyrətdi.
Mən Neftçalamın bir daha nə qədər mərd, qonaqpərvər, zəhmətkeş və dövlətçiyin yanında olduğunu gördüm.
Geridə qalan müddətin günunü sizinlə birlikdə addımladım, sizin səsiniz oldum. Sizlərin problemlərini, arzularını, ümidlərini dinlədim və onları öz ürəyimdə yaşatdım. Sizlərdən öyrəndiyim hər bir şey mənim üçün böyük bir dəyərdir. Bu yolda sizinlə olmaq mənim üçün bir şərəf idi.
Namizədliyimi geri çəkmək qərarı dövlətə, vətənimə xidmət etməkdən imtina etdiyim anlamına gəlmir. Əksinə, cəmiyyətimiz üçün daha çox çalışmağa, daha yaxşı bir gələcək qurmaq üçün fərqli yollarla davam edəcəyəm. Hamımızın ortaq məqsədi daha ədalətli, daha əmin-amanlıq içində və daha firavan bir cəmiyyət yaratmaqdır. Bu məqsəd doğrultusunda əlimdən gələni etməyə davam edəcəyəm.
Düşünürəm ki, ölkəmizdə elmin, ali və orta təhsilin inkişafına hazırkı mövqeyim ilə də faydalı ola bilərəm.
Mənə dəstək olan, etibar edən və inanan bütün neftçalalılara bir daha təşəkkür edirəm və bu seçki prosesinin sonunda qalibin yenə də böyük xalqımız olacağına əminəm.
Seçki demoktariyanın, əxlaqın, vicdanın, qanunların, mənəviyyatın işləkliyinin göstəricisidir.
İnşallah sonda bu dəyərlər də qalib gələcəkdir".
Xatırladaq ki, K.Əsədov ciqzaqlı mövqeyi olan ekspertdir. O, bir müddət əvvələ qədər təhsil naziri Emin Əmrullayevi sərt tənqid edirdi. Maraqlı burasıdır ki, o, indi nazirin təıdbir vəı çıxışlarını paylaşanlıardan birinə çevrilib.
Samir Musayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi