"Övladlarımız əllərinə silah almaq əvəzinə, mikrafon alıb müğənni olmaq arzusu ilə yaşayırlar"

img

08-07-2014 [14:10]


Özünün də vurğuladığı kimi, öz qəhramanlarımız ola-ola, niyə bizim uşaqlar Çakır, Polad və Rembo kimi kinopersonajlarla fəxr eləsinlər?

XeberLent.az informasiya agentliyinin bugünki müsahibi istedadlı və vətənpərvərliyilə seçilən yazıçı Teymur Əzizovdur.

- Ədəbiyyata nə zamandan marağınız formalaşdı?

Uşaqlıqdan. Lap dəqiq desəm,12 yaşımdan.

- Sizcə yazıçı olmaq asanddır?

Hələ bu senari-romanı yazmamışdan qabaq,çox asan bir peşə kimi düşünürdüm. Lakin bu işin dərinliklərinə getdikcə,düşündüklərimin tam tərsi ilə qarşılaşdım.Çox çətin peşədir.

- Ədəbi yaradıcılıqla məşğul olanların həyatı digər peşə sahiblərinin həyatından çoxmu fərqlənir ?

"Çox"-da sözdür? Həddindən artıq çox fərqlənir. Sanki, yaşadığımız həyatla bərabər, başqa bir həyatı da yaşayırsan.

- İnsan sənətində uğura nail olmaq üçün nə etməlidir ?

İnsan tutduğu və ya başladığı yolu axıracan getsə, yarıda buraxmasa, mütləq uğura nail olacaq.

- Müəllifi olduğunuz "Ölümə gedənlərin son rəqsi" adlı kitabı yazmağa sizi nə vadar etdi ?

Bu kitabı yazmağa vadar edən səbəb o oldu ki, bir gün axşam evə dönərkən, iki uşağın əlində oyuncaq silah tutub, oyuna başlamaq üçün bir-biri ilə mübahisəsinin şahidi oldum. Uşaqlardan biri, mənim 5 yaşlı oğlum idi. Onların mübahisəsi, " Mən Polad Ələmdaram, sən Memati." O biri uşaq isə razılaşmırdı ki, "Yox, Memati sonda ölür. Mənəm Polad Ələmdar." - deyirdi. Bu mübahisə mənim qanıma toxundu. "Yəni bizim millətin qəhrəmanları yoxdur ki, bizim övladlarımız hansısa kino personajları ilə fəxr edir, qürur duyur və onları özləri üçün ideal seçirlər?" Sualı özümə verib, bu əsəri yazmaq qərarına gəldim. Çünki övladlarımızın başqalarını özlərinə ideal etməsinin günahı bizlərdədir. Biz düzgün təbliğat aparmırıq, övladlarımıza baş verənləri danışmırıq. Elə bu səhvlərimizin ucbatından, övladlarımız əllərinə silah almaq əvəzinə, mikrafon alıb müğənni olmaq arzusu ilə yaşayırlar. Bunun qarşısını almasaq, bu millətin axırı yoxdur.

- Kitabı oxuduqda görürük ki, həm vətən, həm də İslam müqəddəslərinin şəhadətini sintez etmisiniz. Sizcə, torpaqlarının 20 % işğal altında olan bir millətin övadları özlərinə örnək kimi götürməlidilər ?

Sintez? Hər birimizin həyatına əvvəldən sonadək nəzər salsaq, heç bir sintezin olmadığını görərik. Çünki anadan doğulanda qulağımıza ALLAH kəlamları deyilir, sonra isə eşitdiyimiz ana laylası olur. Ana dilində danışırıq, ana vətən üçün vuruşuruq və ya yaşayırıq, sonda isə yenə ALLAH kəlamları ilə dünyamızı dəyişirik. Bizim həyat tərzimiz budur. Heç bir sintez yoxdur. O ki, qaldı örnək götürməyə, həm islam, həm vətən şəhidləri bizə örnək olmalıdır.

Bu işdə sizə dəstək yetərincə oldumu?

Nə mənada?

- Hər mənada. Yəni dövlət, qeyri dövlət təşkilatlarına, özəl şəxslərəmi deyim, müraciət etmisinizmi? Əgər etmisinizsə, ən çox dəstəyi kimdən almısınız?

Əslində müraciətlər olub. Lakin bu işdə dəstəyi hələ ki, ailəmdən, dostlarımdan və oxucularımdan görmüşəm. Bəzi şəxslərə yaxınlaşdıq da isə,onların pula, vəzifəyə və yumşaq kresloya olan məhəbbətinin, vətənə və millətə olan məhəbbətindən çox olduğunu gördüm. Belələri vətən və millət haqqında yalnız pafoslu və şablon sözlərdən istifadə etməkdən başqa bir şeyə yaramırlar. Lakin belə şeylər, məni və mənim kimiləri nə ruhdan salır, nə də ki,başladığımız işi yarıda atacağıma səbəb ola bilməz. Bu işi ALLAHIN izni ilə, sonadək aparacağıq. Mən inanıram ki, dövlətimiz istənilən halda bu əsərin film və ya serial şəklində ictimaiətə çatdırılmasında böyük dəstək olacaq. Bir-iki nəfər, dövlət vəya millət deyil. Mən öz dövlətimlə və millətimlə fəxr edirəm. Müharibə başlayarsa, inşallah ki, irəlidə gedənlərdən və şəhadəti dadanlardan biri mən olaram. Çünki, torpaqlarımızın işğal altında olması və verdiyimiz şəhidlər, yaddaşımızdan silinə bilməz! Tək Qarabağı yox, Zəngəzur mahalını, Göyçə mahalını və İrəvan xanlığımızı da geri almalıyıq. Çünki o yerlər bizimdir, Azərbaycanlıların!

Nəzərinizə çatdıraq ki,"Ölümə Gedənlərin SON RƏQSİ" kitabı satışda mövcuddur. Buyurub sifariş edə bilərsiniz.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA