08-07-2014 [13:03]
İyulun 7-də iş yerinin yaxınlığından Nəsimi Rayon Polis İdarəsinə aparılan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı, bloqqerMehman Hüseynov sərbəst buraxılandan sonra AzadlıqRadiosuna saxlanma səbəblərindən danışıb:
- Səhər 9 radələri olardı, RATİ-dən çıxıb mağazaya getdim, qayıdanda elə Xəqani küçəsində bir-neçə maşından çıxan bir leytenant, 7 nəfər mülkigeyimli mənə tərəf gəldi. Mehman Hüseynov olub-olmadığımı soruşdular və mən təsdiqlədim. Bu zaman üstümə cumub tutmaq istəyirdilər. Bildirdim ki, zorakılıq etməyin, əgər mənim tutulmağımla bağlı sifariş varsa, heç yerə qaçan deyiləm, hara deyirsiniz getməyə hazıram. Mindik maşına məni əvvəlcə Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsinə apardılar. Rəis mənə dərs keçir kimi danışırdı. Məsləhət görürdü ki, indiki işimdən əl çəkim və s. Mən isə bildirdim ki, məni vəkillə təmin edin ondan sonra sizin suallarınıza cavab verəcəm. Bundan sonra məni Nəsimi Rayon Polis İdarəsinə apardılar.
- Səni konkret nəyə görə polisə aparmışdılar?
- Müstəntiq dedi ki, məni aprel ayında bir mağaza sahibinin şikayəti əsasında saxlayıblar. Həmin şikayət ərizəsi ilə tanış oldum. Ərizədə yazılmışdı ki, guya mən onun Nəsimi polisinin yaxınlığında olan mağazasına gəlmişəm, ona mağazadan bir qədər aralı gecə barından reportaj hazırlamaq istədiyimi demişəm. Guya ondan barın kimə məxsus olduğunu soruşmuşam. O, bunu bilmədiyini deyib və guya buna görə onu söyüb, sonra da döymüşəm. Hətta ətrafa xeyli adam yığılıb və mən onları da söymüşəm. Sonra həmin adam yazır ki, onu hədələyib, Mehman Hüseynov olduğumu deyib ərazidən uzaqlaşmışam.
- Bəs, bu şikayətə cavabınız nə oldu?
- Mən belə bir hadisənin olmadığını, ümumiyyətlə bir il ərzində Səbail rayonundan kənara çıxmadığımı və hər hansı bir araşdırma da aparmadığımı, ümumiyyətlə araşdırmaçı jurnalist olmadığımı dedim. Bildirdim ki, bu, mənə qarşı həyata keçirilən şantaj və böhtan kampaniyasıdır. Bildirdim ki, ən azı mağazanın müşahidə kameralarına baxa bilərsiniz və əgər belə bir hadisə olubsa, onu üzə çıxara bilərsiniz. Həmin mağaza Nəsimi Polis İdarəsinin yanındadır və orda da təhlükəsizlik kameraları var. Həm də soruşdum ki, aprel ayından edilən şikayəti indi niyə araşdırırsınız ki?
Bir cavab vermədilər. Həm də onlara bildirdim ki, bəlkə mənim adımdan kimlərsə istifadə edib, onu da araşdırsınlar...
Bundan sonra məni Nəsimi Rayon Polis İdarəsinin rəis müavinin yanına apardılar. Orda da mənə dedilər ki, ağıllı uşaqsan, bu işlərdən əl çək, polisləri çox tənqid eləmə... Sonra saç və geyimimlə bağlı suallar verdilər ki, bu nə saçdır, bu nə geyimdir və s. İstəyirdilər onlara kobud cavab qaytarım, amma onların dediklərini təbəssümlə qarşılayırdım. 20 dəqiqəyə yaxın söhbətdən sonra sərbəst buraxıldım. Biz bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyik.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi