Bakıda 10 milyonluq 3 villa dağıdıldı - FOTOLAR

img

08-07-2014 [11:21]


Bakının zənginlər məhəlləsində sakinlərin narahatlığına səbəb olan hadisə baş verib.

AzNews.az-ın məlumatına görə, artıq bir neçə gündür ki, Bakının Atatürk prospekti 114 ünvanında, daha dəqiqi Ayna Sultanova parkının yaxınlığında yerləşən villalardan 3-ü gözlənilmədən sökülməyə başlayıb. Söküntü zamanı villaların inşasında istifadə edilən bahalı tikinti materialları, o cümlədən mərmər üzlüklər, dam örtüyü və sair yararsız vəziyyətə salınıb. Ətrafda yaşayan və dəbdəbəli mülk sahiblərini təşvişə salan da məhz bu məqam olub. Digər malikanə sahibləri söküntünün onlara da çatacağından narahatlıq keçiriblər və müxtəlif instansiyalara baş vurublar.

AzNews.az-ın hadisə yerində olan əməkdaşı isə məsələni araşdırıb. Bu zaman bəlli olub ki, ümumi dəyəri 10 milyon manat olan hər 3 villanı eyni adam alaraq, orada daha iri, dəbdəbəli tikinti işinə başlayacaq.

Xatırladaq ki, sökülən bu villalar da həmin ərazidə ən dəbdəbəli tikililərdən sayılırdı.

'


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA