Səttar Möhbalıyev gedir - "Həmkarlar"ın sədri kim olacaq?
31-07-2024 [15:41]
Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində növbəti dəfə namizədliyi irəli sürülən qocaman deputatlardan biri də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyevdir.
Xəbər verildiyi kimi, beşinci dəfə deputat olmağa hazırlaşan Möhbalıyev yenə 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizəddir.
“AzPolitika”-ya daxil olan məlumata görə, bu dəfə deputatlıqla paralel digər vəzifə, yaxud vəzifələr daşıyan millət vəkilləri qarşısında “ya deputatlıq, ya vəzifə” seçimi qoyulduğundan Səttar Möhbalıyev AHİK sədrliyindən getmək məcburiyyətində qalıb. Bunun üçün gələn ayın sonuna qədər AHİK-in növbədənkənar qurultayının keçiriləcəyi, Möhbalıyevin istefasının qəbul olunacağı və yeni sədrin seçiləcəyi gözlənilir.
Artıq mətbuatda gedən məlumatlara görə, AHİK-dən də bunu dolayısı ilə təsdiqləyiblər. AHİK sədrinin köməkçisi bildirib ki, Səttar Möhbalıyevin səhhətində problem olduğu üçün sədrliyə namizədliyini verməyəcək: “İyun ayında ürəyindən əməliyyat olundu, buna görə də bu dəfə sədrlik postuna iddia etməyəcək. Hazırda Səttar müəllim Naxçıvandadır”.
Bütün bunlar 1993-cü ildən bəri AHİK sədrliyi postunu tutan S.Möhbalıyevin istefa verəcəyinə dair şübhə yeri qoymur.
Bəs AHİK-in yeni sədri kim olacaq?
Mötəbər mənbələrdən əldə etdiyimiz məlumata görə, bu posta hazırda İqtisadiyyat nazirinin müavini vəzifəsini tutan şəxslərdən biri gətiriləcək.
Qeyd edək ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun 6 müavini var. Bunlar Sahib Məmmədov, Elnur Əliyev (Birinci müavin), Sahib Ələkbərov, Rövnəq Abdullayev, Səməd Bəşirli və Anar Axundovdur. Bu seçimin nə ilə əlaqədar olduğu barədə nəsə söyləmək çətin olsa da, məhz bu 6 müavindən birinin Möhbalıyevin 31 il oturduğu AHİK sədri postuna gətiriləcəyi gözlənilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi