TikTok Azərbaycan Əlifbası və Dili Günündə məşhurlarla ədəbi qiraətlər keçirəcək - Canlı yayımların cədvəli
31-07-2024 [12:58]
Avqustun 1-də qeyd olunan Azərbaycan Əlifbası və Dili Günü ərəfəsində TikTok ana dili və ədəbiyyatının gözəlliyini vurğulamaq üçün nəzərdə tutulmuş “Ədəbi qonaq otağı” layihəsinə start verir.
Mia.az xəbər verir ki, layihə çərçivəsində TikTok məşhurlarla birlikdə Azərbaycan poeziyasından canlı qiraətlər keçirəcək. Həmçinin Azərbaycanın məşhur simaları TikTok-da Azərbaycan şairlərinin sevimli şeirləri ilə qısa videolar çəkəcək.
Layihədə müğənni Elnarə Xəlilova, teleaparıcı İlkin Həsəni, aktyorlar Bəhram Bağırzadə və Rafael İsgəndərov, eləcə də musiqiçilər Rəssam və MadTeen iştirak edir.
Bayram çərçivəsində Azərbaycan incəsənət və ədəbiyyat xadimlərinin muzeyləri: Bülbülün ev-muzeyi və Səməd Vurğunun ev-muzeyi tərəfindən də canlı yayımlar keçiriləcək.
Qısa videolara baxmaq və yaratmaq üçün aparıcı platforma olan TikTok Azərbaycanda istifadəçilərə biliklərini bölüşmək üçün imkanlar yaradır. Həmçinin milli mədəniyyətlərinin gözəlliyini çoxmilyonluq beynəlxalq auditoriyasına yaymaq üçün fürsət verir.
Belə ki, bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən #TikTokdanÖyrən maarifləndirici layihəsi ölkənin hər yerindən istifadəçiləri müxtəlif mövzularda - milli yeməklərdən tutmuş dil öyrənməyə və akademik elmlərə qədər 23 mindən çox faydalı video yaratmağa ruhlandırıb. Həmçinin Azərbaycanda istifadəçilər ədəbiyyata fəal maraq göstərirlər: məsələn, #kitabfest və #booktokazerbaijan həştəqlərindən istifadə etməklə artıq tövsiyələr və kitab icmalı olan 3,5 mindən çox video yaradılıb. TikTok-da dil və mədəniyyət haqqında biliklərini bölüşən müəlliflərin sayı artır: məsələn, müəllim Aida Hacıyevanın @ana_dilimde_danis_ azərbaycanca düzgün danışmaqla bağlı videolarına artıq 37 mindən çox abunəçi baxıb.
TikTok Azərbaycan Əlifbası və Dili Günündə istifadəçilərin yeni biliklərə, ədəbiyyata, o cümlədən öz ana dilini təkmilləşdirməyə marağını dəstəkləmək üçün “Ədəbi qonaq otağı” layihəsinə start verir. Bu təşəbbüs ölkənin hər yerindən istifadəçilərə Azərbaycan dilinin gözəlliyini bir daha görkəmli milli müəlliflərin ədəbi əsərləri vasitəsilə görməyə imkan verəcək.
“Ədəbi qonaq otağı” məşhurların aktyor və layihə aparıcısı Ruslan Sabirli @ruslansabirly ilə birlikdə Azərbaycan dili və ədəbiyyatı haqqında danışacaqları, eləcə də Azərbaycan poeziyasının sevimli əsərlərini oxuyub müzakirə edəcəkləri canlı yımdır.
Avqustun 1-də baş tutacaq canlı yayımların cədvəli:
• 12:00-13:00 - Bülbülün ev-muzeyində @bulbulmuseum Azərbaycan dilində musiqili tamaşa olacaq, daha sonra filoloq Mehriban Qasımova Azərbaycan dili ilə bağlı maraqlı faktları bölüşəcək;
• 13:00-13:30 - Ruslan Sabirlidən @ruslansabirly bayram və “Ədəbi qonaq otağı” haqqında giriş sözü;
• 13.30-14.30 - Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun toponimika şöbəsinin müdiri, dosent Elçin İsmayılovla şair Səməd Vurğunun yaradıcılığı haqqında söhbət. Şairin ev-muzeyindən @samadvurgunmuseum canlı yayım;
• 14.30-15.00 - Müğənni Elnarə Xəlilova @elnarasmusic ilə poeziya dəqiqələri;
• 15.00-15.30 - Teleaparıcı İlkin Həsəni @ilkinhasani ilə söhbət və şeir qiraəti;
• 15:30-16:00 - Musiqiçi Rəssam @ressam.music ilə söhbət və poeziya dəqiqələri;
• 16:00-16:30 - Musiqiçi MadTeen @madteenmusic ilə söhbət və poeziya dəqiqələri.
Canlı yayımlar layihənin aparıcısı və qonaqlarının hesablarında, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqazda TikTok yayımçı cəmiyyətinin @tiktoklive_eecca rəsmi hesabında olacaq.
Azərbaycanın tanınmış simaları da qısametrajlı video çəkilişlər aparıblar ki, onlar Azərbaycan müəlliflərinin ikonik şeirlərini oxuyurlar. Belə ki, aktyor Bəhram Bağırzadə @bahram_bagirzade Məmməd Arazın "Mən belə dünyanın nəyindən küsüm" şeirindən bir parça, Mikayıl Müşviqin "Məhəbbət" əsərini isə Rafael İskəndərov @rafael_iskender oxuyub.
“Ədəbi qonaq otağı”nın canlı yayımlarına qoşulun və TikTok ilə Azərbaycan poeziyası və ana dilinin gözəlliyi haqqında daha çox məlumat əldə edin!
TikTok haqqında
TikTok - qısa videoların hazırlanması üçün aparıcı tətbiqdir. Missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi